Alternative content

16:27 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:09 25.04.2019

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, DQİDK-nın sədri Mübariz Qurbanlı təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Notr-Dam kilsəsində baş vermiş yanğınla bağlı dərin təəssüf hissi keçirdiyini və qədim dini abidənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib.

Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin zəngin tarixi olduğunu bildirən Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin Fransaya 1993-cü ildəki səfərini xatırladıb, ölkələrimiz arasında əməkdaşlığın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini qeyd edib.

Ölkələrimiz arasında humanitar yönümlü əlaqələrin də mövcudluğundan danışan Mübariz Qurbanlı 2015-ci ildə Fransaya səfəri zamanı keçirdiyi görüşləri xatırladıb. O, səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan "Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə keçirilən konfransda bir sıra aktual məsələlərin müzakirə edildiyini söyləyib, eyni zamanda, bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən komitə sədri bildirib ki, Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə ərazisində 33-ü isə qeyri-islam (xristian – 22; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllü olmaqla 925 dini icma dövlət qeydiyyata alınıb. Əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub saxlanılır.

M.Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycanda multikultural mühitin inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi ölkənin gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Qonağı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandıran Komitə sədri dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılan mübarizə tədbirləri barədə danışıb. Bildirib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək dünya üçün təhlükəlidir. Bütün dinlərin insanları daim sülhə, ədalətə, haqqa çağırdığını diqqətə çatdıran M.Qurbanllı son dövrlərdə Yeni Zelandiya və Şri-Lankada baş verən amansız terror aktlarının bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu deyib.

Söhbət zamanı Azərbaycan həqiqətlərinə toxunan komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dini-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını da qonağın diqqətinə çatdırıb.

Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel Azərbaycanı müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanların birgə və sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunə adlandırıb. Qonaq ölkəmizin sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Jan-Kristof Posel məhz ölkəmizə səfərinin məqsədinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq konfransda iştirak etmək olduğunu deyib.

Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM