Alternative content

16:29 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:02 25.04.2019

Ankara Ticarət Palatasının bir qrup əməkdaşı ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olub.

ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyanın fəaliyyəti barədə qonaqlara məlumat verən ASK-nın prezidenti Məmməd Musayev türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmağı təklif edib.

"Türkiyədə azərbaycanlı sahibkarların sayı sürətlə artır, eyni zamanda, ölkəmizdə ilk sahibkarlar sırasında türk iş adamları daha çox olub. Biz sizinlə işləməyə hazırıq”, - deyən M.Musayev həm işəgötürənlərin, həm də sahibkarların dövlətlə dialoqunda ASK-nın vasitəçilik missiyasına toxunub.

Ankara Ticarət Palatasının sədri Gürsel Baran Ankaranın logistika imkanlarına toxunaraq, buranın termal sularla zəngin olduğunu bildirib: "Türk Hava Yolları”nın ilk Ankara-Bakı-Ankara aviareysi açılıb. Ümumilikdə iki ildə Ankaradan müxtəlif istiqamətlərə 12 aviareys fəaliyyətə başlayıb. Ankara ilə Bakı arasında 200 milyon dollarlıq dövriyyə var, bu, əməkdaşlığın perspektivi baxımından çox azdır”.

G.Baran Azərbaycan ilə Türkiyə arasında strateji layihələrə toxunaraq, Asiya ilə Avropa arasında hər iki ölkənin bir körpü olduğunu söyləyib.

M.Musayev də öz növbəsində birgə palata yaradılması təklifi üzərində işlədiklərini qonağın diqqətinə çatdırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM