Alternative content

23:50 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolqarıstanda jurnalisti öldürməkdə təqsirləndirilən şəxs 30 il azadlıqdan məhrum edilib
Bolqarıstanda jurnalisti öldürməkdə təqsirləndirilən şəxs 30 il azadlıqdan məhrum edilib
ANA SƏHİFƏ / DÜNYA
14:28 25.04.2019

Bolqarıstanda Ruse şəhərinin məhkəməsi TVN regional televiziya kanalının jurnalisti Viktoriya Marinovanın ölümündə təqsirləndirilən 21 yaşlı Severin Krasimirovu 30 il azadlıqdan məhrum edib.
AZƏRTAC xəbər verir ki, məhkəmə, həmçinin S.Krasimirovun öldürülən jurnalistin ailəsinə 225 min avro təzminat ödəməsini qərara alıb. Məhkum öz günahını tam təsdiqlədiyinə görə ömürlük həbs cəzası almayıb.
Qeyd edək ki, Dunay çayının sahilində Ruse şəhəri yaxınlığında 2018-ci ilin oktyabrında jurnalist Viktoriya Marinovanın cəsədi tapılıb. Hüquq-mühafizə orqanlarının operativ əməliyyatı nəticəsində cinayətkarın izinə düşmək mümkün olub. Severin Krasimirov Almaniyada həbs edilərək Bolqarıstana gətirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM