Alternative content

22:24 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
14:25 25.04.2019

Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak üçün Pekinə səfərini və keçirdiyi görüşlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik rəsmi "Jenmin Jibao” qəzeti, bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşlərinə dair bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.

Bundan başqa, Sinxua agentliyi Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.

Materiallarda Azərbaycanın Avrasiya regionunda Çinin vacib tərəfdaşı olmasından, ölkəmizin "Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakından bəhs edilir. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. "Bir kəmər, bir yol" strategiyası iki ölkənin əməkdaşlığı üçün yeni və geniş imkanlar yaradır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM