Alternative content

23:45 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfir: Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
Səfir: Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
ANA SƏHİFƏ / SİYASƏT
14:19 25.04.2019

Niderland Azərbaycan və Ermənistan liderlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərinin nəticələrinin səmərəli olacağına ümid edir. Bizim ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan brifinqdə bildirib.

Niderland ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu söyləyən səfir qeyd edib ki, ikitərəfli əlaqələr getdikcə güclənir. Hər iki ölkə kənd təsərrüfatı sahəsinə xüsusi önəm verir. Diplomat deyib: "Məlum olduğu kimi, Niderland dünyada böyük qida ixracatçısı kimi tanınır və ölkədə kənd təsərrüfatı sektoru kifayət qədər inkişaf edib. Azərbaycanda da kənd təsərrüfatının inkişafı prioritet istiqamətdir. Ona görə də bu sahədə ölkələrimizin əməkdaşlığı üçün geniş imkanlar mövcuddur. Bu ilin mayında keçiriləcək "Caspian Agro” sərgisində ardıcıl olaraq dördüncü dəfə Niderlandın narıncı pavilyonu yer alacaq. Bu mühüm sərgidə təxminən iyirmi holland şirkəti təmsil olunacaq”.

Səfir bildirib ki, ölkələrimiz arasında təkcə iqtisadi və siyasi münasibətlər yox, həm də elm, təhsil, idman, mədəniyyət sahələrində də güclü əlaqələr mövcuddur. Ötən ildə səfirliyimizin nümayəndələri Azərbaycanın regionları ilə münasibətləri gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikasına, Qobustana, Astaraya, Lənkərana, Gəncəyə, Mingəçevirə, Ağdama məhsuldar səfərlər ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM