25 Aprel 2019 12:31
3108
Səfərlər
A- A+

“China National Electric Engineering” şirkətinin Sumqayıtda yaratdığı müəssisə ölkəmizin ixrac imkanlarını artıracaq


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, "China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını bildirdi. Bundan əvvəl də ölkəmizdə müxtəlif sahələrə dair bir neçə layihəni həyata keçirdiklərini deyən Cao Huy Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğuladı və buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkəmizdə prioritet sahə olduğunu deyərək dünən müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirdi. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlətimizin başçısı "China National Electric Engineering" şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirdi, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirdi. Dövlətimizin başçısı ölkəmizdə yaxşı sərmayə imkanlarının olduğunu, Dünya Bankının "Doing Business" hesabatına görə Azərbaycanın 32 pillə irəliləyərək dünyada ən çox islahat həyata keçirən 10 ölkə sırasında olduğunu vurğuladı. Bununla da Azərbaycanın böyük tərəqqiyə nail olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu, bunun xarici investorlar üçün ölkəmizin cəlbediciliyini artırdığını vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video