Alternative content

22:20 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub
AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub
ANA SƏHİFƏ / İDMAN
12:28 25.04.2019

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi (EVENTOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.

Müqaviləni AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və EVENTOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Tərəfdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC-ın rəsmi saytında festival haqqında bütün məlumatların yerləşdiriləcəyi "Bakı-2019” adlı xüsusi bölmə yaradılacaq. Agentlik Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə işıqlandırmaq üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorları cəlb edəcək. Oyunlarla bağlı informasiyalar oxuculara 8 dildə, videoxəbərlər isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq.

EVENTOC-un korporativ direktoru Elçin Səfərovun sözlərinə görə, bu, yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq müqaviləsidir və həm Azərbaycanda, həm də dünyada Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğində mühüm rol oynayacaq. Habelə festivalla bağlı xəbərlərin xarici KİV-lər vasitəsilə də yayılmasına şərait yaradacaq.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov agentliyin Azərbaycanda keçirilmiş bir çox idman tədbirlərinin, o cümlədən ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər beynəlxalq yarışların işıqlandırılmasında böyük təcrübəyə malik olduğunu vurğulayıb. Qeyd edib ki, AZƏRTAC əvvəlki tədbirlərdə qazanılmış təcrübəyə əsaslanaraq Avropa Gənclər Yay Olimpiya Festivalını da yüksək səviyyədə işıqlandırmaq üçün əlindən gələni edəcək.

İdarə Heyətinin sədri onu da bildirib ki, bu gün AZƏRTAC 150-dək xarici informasiya agentliyi ilə mütəmadi xəbər mübadiləsi aparır və 21 ölkədə müxbir məntəqəsi var. Bu, keçiriləcək festival haqqında informasiyaların geniş coğrafiyada yayılmasında və böyük auditoriyaya çatdırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 50 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM