25 Aprel 2019 09:36
531
SİYASƏT
A- A+

Vaşinqtonda türk və Azərbaycan icmalarının etiraz nümayişi keçirilib


Aprelin 24-də Vaşinqtonda və ABŞ-ın bir sıra digər şəhərlərində ermənilərin qondarma "erməni soyqırımı”nın 104-cü ildönümü ilə bağlı nümayişi olub. ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələrinə həsr olunmuş ənənəvi nitqində "soyqırımı” sözünü işlətməsinə nail ola bilməyən erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahının qarşısında kütləvi şou təşkil ediblər.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 60 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısına toplaşıb.

Türk və Azərbaycan icmalarının nümayəndələri küçənin digər tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər, 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı reallaşdırdıqları terror aktları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər.

Tədbirin əsas "mövzusu” "erməni soyqırımının xatirə günü” olsa da, erməni icmasının şüarlarının çoxunu məhz ərazi iddiaları ilə bağlı "Muş Ermənistandır”, "Şərqi Türkiyə Qərbi Ermənistandır”, "Biz öz torpaqlarımızı və təzminatlar tələb edirik!” kimi çağırışlar təşkil edib. Bu, erməni lobbisinin əsl məqsədinin Türkiyənin ərazisinin bir hissəsini Ermənistana güzəştə getməyə və təzminat şəklində pul ödəməyə məcbur etmək istəyi olduğunu bir daha təsdiqləyir.

Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində Xocalı qırğını haqqında faktların təqdim edildiyi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan və erməni terrorunu pisləyən plakatlar tutublar.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda isə Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video