Alternative content

16:27 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin sosial müdafiəsi gücləndirilir
Əhalinin sosial müdafiəsi gücləndirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 25.04.2019


Birinci rübdə büdcə gəlirlərinin 41,8 faizi bu sahəyə yönəldilib


Ölkədə həyata keçirilən uğurlu islahatlar sayəsində əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsi güclənir, həyat səviyyəsi yüksəlir. Dövlət başçısının imzaladığı təksə son sərəncam və fərmanlar nəticəsində 600 minədək şəxsin, o cümlədən 300 min əlilin sosial müavinətinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artması bir daha sübut edir ki, əhalinin sosial müdafiəsinə xüsusi diqqət göstərilir.

Həmişə vətəndaşlar arasında olan dövlət başçısı əhalinin problemlərini öyrənir, onların operativ həlli üçün tədbirlər görür. Növbəti belə görüş cənab İlham Əliyevin yenidən prezident seçilməsinin bir ilinin tamam olması gününə düşdü. Həmin gün Prezident Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında qəsəbə sakinləri ilə görüşmüşdür.

Hər dəfə olduğu kimi, bu dəfə də bütün ölkə vətəndaşlarına xoş xəbər verən Prezident İlham Əliyev ənənəsinə sadiq qaldı: "Biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir.

Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə ilk növbədə vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına.

Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.

Dövlət başçısının da qeyd etdiyi kimi, ölkədə həyata keçirilən iqtisadi islahatlar, maliyyə intizamının sərtləşdirilməsi birinci rübdə ölkənin gəlirlərinin artmasını təmin edib. Maliyyə Nazirliyi tərəfindən verilən məlumata görə, cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon, xərcləri 5 milyard 35,9 milyon manat olub ki, nəticədə dövlət büdcəsində 403,8 milyon məbləğində profsit yaranıb. Məlumatda o da bildirilir ki, birinci rübdə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat və ya 99,1 faizi icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 876,3 milyon manat çoxdur.

Hesabat dövründə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bu isə keçən ilin müvafiq dövründəkindən 236,4 milyon manat artıqdır. Önəmli fakt odur ki, həmin vəsaitin 1 milyard 155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Sözsüz ki, bu, dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Həmin dövrdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 milyard 14,1 milyon manat vəsaitin daxil edilməsi təmin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 287,1 milyon manat yüksəkdir.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və ya 5 milyard 35,9 milyon manat icra edilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və ya 14,2 faiz çoxdur. Qeyd edildiyi kimi, gəlirlər artdıqca əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daha çox vəsait xərclənir. Məsələn, təkcə cari ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2 milyard 104,5 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz çoxdur.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM