Alternative content

16:23 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın hərbi məhsulları beynəlxalq sərgidə nümayiş etdiriləcək
Azərbaycanın hərbi məhsulları beynəlxalq sərgidə nümayiş etdiriləcək
ANA SƏHİFƏ / SİYASƏT
00:54 25.04.2019


Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə iki ildən bir İstanbulda keçirilən "IDEF” Beynəlxalq Müdafiə Sənayesi sərgisi Avropanın ən böyük sərgilərindəndir. Sərgiyə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri qatılaraq öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi müxtəlif xarici rəsmi heyətlərin iştirak etdiyi əhəmiyyətli platformalardan biri hesab olunur.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən belə mötəbər sərgilərdə mütəmadi olaraq iştirak edir və məhsullarını nümayiş etdirir. Aprelin 30-dan mayın 3-dək keçiriləcək "IDEF-2019” XIV Beynəlxalq Müdafiə Sənayesi sərgisində MSN-in məhsullarının nümayişi məqsədilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan MSN tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.

"IDEF-2019” Beynəlxalq Müdafiə Sənayesi sərgisində Azərbaycanın milli pavilyonunda MSN-in müəssisələrində istehsal olunan əsas ixracyönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində Y.Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM