25 Aprel 2019 00:54
526
SİYASƏT
A- A+

Ə.Kərimli antimilli mövqeyini bir daha nümayiş etdirdi


Dünyada yüz milyonlarla izləyici auditoriyasına malik olan "Formula-1” yarışlarının həyəcanı növbəti dəfə Azərbaycanda yaşanır. Artıq sabahdan Bakıda yarışın Azərbaycan Qran-prisi start götürəcək. Beləliklə, 3 gün ərzində dünyanın diqqəti yenidən ölkəmizə yönələcək, avtomobil idmanı həvəskarlarının nəbzi Bakı ilə döyünəcək.

Xatırladaq ki, ölkəmiz dördüncü dəfədir ki, bu mötəbər avtomobil yarışına evsahibliyi edir. Azərbaycanın infrastrukturu istənilən mötəbər idman tədbirini keçiməyə imkan verir. Buna misal olaraq indiyədək Bakıda keçirilmiş beynəlxalq yarışları göstərmək olar. Təbii ki, "Formula-1” yarışları da daxil olmaqla, bu cür idman tədbirləri son illərdə ölkəmizə böyük faydalar gətirib. Belə ki, Azərbaycana gələn turistlərin sayının dəfələrlə artmasının əsas səbəblərindən biri məhz bu cür tədbirlərdir. Bu idman yarışları həm də ölkəmizin, Bakının təbliği, dünyada tanıdılması deməkdir. Artıq Azərbaycanın turizmdən gəlirləri milyardlarla manat həcmində ölçülür ki, bu da beynəlxalq tədbirlərin ölkəmizə gətirdiyi olduqca mühüm dividenddir. Eyni zamanda hər bir beynəlxalq tədbir respublikamızın dünyadakı nüfuzunun da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edən faktordu.

Təəssüf ki, cəmiyyətimizdə bu uğurlara görə sevinməyən və onları görməzliyə vuranlar da tapılır. Belə ki, ağa qara deməyə vərdiş etmiş və əsl müxalifətçilik missiyasını tamamilə unudan AXCP sədri Əli Kərimli sosial şəbəkələrdəki açıqlamalarında yenə də xislətinə uyğun olaraq "Formula-1” yarışının Bakıda keçirilməsinə qara yaxmağa çalışıb.

Ə.Kərimli tərəfindən belə bir qərəzli açıqlamanın verilməsi ilk dəfə deyil və ona görə də başadüşüləndir. Çünki bu adam vətəndaşlar tərəfindən hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra müxalifətçilik adı altında əslində dövlətinə və xalqına qarşı fəaliyyət göstərməyə başlayıb. O, antiazərbaycançı şəbəkənin "beşinci kolon”u funksiyasını yerinə yetirməyə başlayıb. Ə.Kərimli daim onlardan aldığı təlimatlar əsasında Azərbaycanın maraqlarına zidd əməllərlə məşğul olub.

Antiazərbaycançı şəbəkə isə xüsusən Azərbaycanda beynəlxalq tədbirlər ərəfəsində, o cümlədən respublikamız növbəti uğura imza atanda fəallaşır. Bu mənada "Formula-1” yarışlarının başlanması ərəfəsində də ölkəmizə qarşı qarayaxma kampaniyasının işə salınması gözlənilən idi və Ə. Kərimli bu dəfə də öz antimilli missiyasına sadiq qaldı.

Hesablamalara görə, təkcə ilk iki yarış ölkə iqtisadiyyatına 277.3 milyon dollar gəlir gətirib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır. Yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Bu yarış Azərbaycanla könüllülük hərəkatının inkişafına da böyük töhfələr verir. Belə ki, Bakıda ilk "Formula-1”in keçirildiyi 2016-cı ildə 5 min, sonrakı illərdə isə 3 min könüllü yarışa cəlb edilib.

Göründüyü kimi, bu yarışın Bakıda keçirilməsi Azərbaycana hərtərəfli fayda gətirir. Ölkəyə valyuta gəlir, vətəndaşlar işlə təmin olunur, gənclər ictimai faydalı fəaliyyətə cəlb edilir, o cümlədən Azərbaycanın şöhrəti yüksəlir. Vətəndaşlar bu uğuru görür və haqlı olaraq yüksək qiymətləndirirlər. Bunu həzm edə bilməyənlər isə antiazərbaycançı şəbəkə və onların Ə.Kərimlinin timsalında Azərbaycanda olan əlaltılarıdır. Beləliklə, Ə.Kərimli və onun ruporu olduğu antiazərbaycançı şəbəkə yenə də narahatdır. Onlara narahatlıq verən isə öz yolu ilə inamla addımlayan, inkişaf edən müstəqil Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur onların niyyətlərini gözündə qoyub.

Antiazərbaycançı şəbəkənin sifarişlərini yerinə yetirən Ə.Kərimli isə antimilli xislətini növbəti dəfə nümayiş etdirdi. Bir daha göstərdi ki, onun bütün fəaliyyəti Azərbaycan dövlətinə və onun siyasi- iqtisadi maraqlarına qarşı yönəlib.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video