Alternative content

06:00 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyətimiz qürur doğurur
Mədəniyyətimiz qürur doğurur
ANA SƏHİFƏ / Mədəniyyət
00:51 25.04.2019


"Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı könülləri fəth edir


Uzun illərin ayrılığına çətinliklə tablaşan Murov dağı zaman-zaman bəlalar çəkən başına elə bil çalma bağlamışdı. Yazın bu oğlan çağında dağlara yağan qarın soyuq nəfəsi Tərtərdə də açıqca duyulurdu. Hava soyuq olsa da, vətən eşqi, Qarabağ sevgisi "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının Tərtərdə gerçəkləşən təqdimatı gözlərə sevinc, ürəklərə hərarət gətirmişdi.

Peşəkarlıqla hazırlanıb yaradıcılıqla araya-ərsəyə gətirilən bu möhtəşəm mədəniyyət bayramı könülləri fəth edir, bu cəbhə bölgəsində xoş ovqat, yüksək əhvali-ruhiyyə yaradır, sakinlərinə vətənpərvərlik hissi aşılayır, Qarabağın tezliklə işğaldan azad olunacağına inamı daha da artırırdı.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin baş meydanında ucaldılan əzəmətli abidəsinin önünə tər qızıl güllər qoydular.

Şəhər başdan-başa bayram libasına bürünmüşdü. Hər tərəfdə səliqə-sahman diqqət çəkir, küçələr, prospektlər, park və xiyabanlar zümrüd libası, al-əlvan çiçəkləri ilə üzə gülürdü. Bahar təravətli təbiətlə xoş ovqatlı, bayram əhvallı Tərtər sakinləri arasında qəribə bir ahəngdarlıq yaranmışdı. "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının Tərtər mərhələsi sözün həqiqi mənasında bölgə sakinlərinə bayram sevinci yaşatdı, unudulmaz xoş xatirə kimi yaddaşlara həkk oldu.

Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, xalqımızın əsrlərdən bəri qorunub saxlanan adət-ənənələrinin parlaq təntənəsinə çevrilən bu möhtəşəm layihənin həyata keçirilməsi üçün Tərtər rayonunun seçilməsi, əlbəttə, təsadüfi xarakter daşımırdı. Bərdə Regional Mədəniyyət İdarəsinə daxil olan Tərtər son illər sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlara imza atır. Cəbhə bölgəsi olaraq Prezident İlham Əliyevin qayğısından güc alan Tərtər gerçək bir intibah dövrü yaşayır. Rayon mərkəzi də, yaxın-uzaq kəndlər də son bir neçə ildə sürətlə inkişaf etmiş, dəyişib gözəlləşmişdir. Dövlətin qayğısı ilə rayonda yol infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Su və kanalizasiya sisteminin yenidən qurulması, əhalinin elektrik enerjisi və təbii qazla fasiləsiz təmin edilməsi, sosialyönümlü layihələrin bölgədə uğurla həyata keçirilməsi hər kəsdə məmnunluq doğuran yüksəlişin göz önündəki nümunəsidir. Ötən illər ərzində rayonun mədəni həyatında diqqət çəkən yeniliklər xüsusilə önəmlidir. Heydər Əliyev Mərkəzi, ulu öndərin adını daşıyan park, tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, şahmat məktəbi, əsaslı şəkildə təmir olunmuş şəhər mədəniyyət evi və digər mədəniyyət müəssisələri Tərtərin yaraşıqlı görkəminə fərqli naxışlar vurur. "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının növbəti turunun məhz Tərtərdə keçirilməsi bir də ona görə məqsədəuyğundur ki, Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə yaxın, atəşkəs rejiminin tez-tez pozulduğu bir ərazidə yaşayan bölgə əhalisinin, ərazidəki "N” saylı hərbi hissələrdə xidmət edən əsgər və zabitlərin mənəvi dəstəyə daha çox ehtiyacı var.

Heydər Əliyev parkında keçirilən tədbirə rayon sakinləri, çoxsaylı qonaqlar, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəhbərləri, mədəniyyət işçiləri qatılmışdılar. Parkda hər bir regional mədəniyyət idarəsinin təqdimatında sərgi çadırları qurulmuşdu. Hər çadırda regionun spesifik xüsusiyyətinə uyğun olaraq təmsil olunan müxtəlif mədəniyyət nümunələri, məişət qabları, bədii tikmələr, bəzək əşyaları, nəfis əl işləri, rəsm əsərləri və qiymətli sənətkarlıq əsərləri nümayiş etdirilirdi. Sərgidə Qarabağ və Qazax xalçalarının nümayişi tamaşaçıların böyük marağına səbəb oldu. El havasının sədaları altında Qarabağ atlarının meydana gəlişini tamaşaçılar alqışlarla qarşıladılar.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Prezident İlham Əliyevin Tərtərə və tərtərlilərə davamlı qayğısından minnətdarlıqla danışdı. O, respublikamızın sürətlə artan siyasi nüfuzu, hərbi və iqtisadi qüdrəti ilə yanaşı, mədəniyyət sahəsində qazanılan uğurları, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini dönə-dönə vurğuladı.

Yaradıcılıq festivalında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə əlaqədar kitab guşəsi təşkil olunmuşdu. Guşədə böyük mütəfəkkir, filosof şairin əsərləri toplanmışdı. Burada Prezident İlham Əliyevin sərəncamları ilə cari ildə yubileylərinin keçirilməsi nəzərdə tutulan şair və yazıçıların, elm və mədəniyyət xadimlərinin kitabları da nümayiş olunurdu.

Bütün respublikanı təmsil edən yaradıcılıq festivalında hər bir regional mədəniyyət idarəsi üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Tərtər rayonu ərazisindəki "N” saylı hərbi hissənin xüsusi təyinatlılarının tədbirdə nümayiş etdirdikləri fiziki hazırlıq və əlbəyaxa döyüş bacarığını tamaşaçılar alqışlarla qarşıladılar.

"Azərbaycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda ədəbi-bədii kompozisiyanın təqdimatı böyük maraq oyatdı. Oğuz elinin ağsaqqalı ulu Dədə Qorqudun dili ilə xalqımızın keçdiyi şanlı yüksəliş yolu obrazlı şəkildə, həm də əyani olaraq tamaşaçılara çatdırıldı.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının Tərtər təqdimatının yekunları ilə bağlı təəssüratını bizimlə bölüşdü:

- Ölkə Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində bütün istiqamətlərdə böyük sürətlə inkişaf edən Azərbaycan bu gün dünyanı heyran edir. Qürur duyulası və inkar edilməsi mümkün olmayan bir reallıqdır ki, Azərbaycanın xeyir-duası olmadan regionda hər hansı bir layihəni həyata keçirmək qeyri-mümkündür. Böyük razılıq və minnətdarlıq hissi ilə qeyd etməliyik ki, ölkəmizin dinamik inkişafı mədəniyyət sayəsində də ciddi yeniliklərlə müşayiət olunur. Respublikanın Birinci vitse-prezidenti mədəniyyətimizin böyük hamisi Mehriban xanım Əliyevanın tarixi xidmətləri sayəsində Azərbaycan mədəniyyəti dünya inciləri sırasına daxil edilmişdir. Bu gün Azərbaycan mədəniyyəti hər bir ölkə vətəndaşında qürur doğuracaq səviyyədədir. Ölkəmizi dolaşan "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı mədəniyyətimizin qədimliyini, möhtəşəmliyini parlaq şəkildə nümayiş etdirməkdədir. Bu uğurlu layihənin ictimai-siyasi və mənəvi-əxlaqi əhəmiyyəti böyükdür. Firavan həyatın, xoş güzəranın yaratdığı yüksək əhvali-ruhiyyəyə bu layihə bir az da xoş ovqat qatır. Ayrı-ayrı bölgələrin sakinləri bu festival sayəsində bir-birləri ilə tanış olur, yaxınlaşır, xalqımızın birliyi daha sarsılmaz olur. Bu şərəfli missiyanın mədəni, ədəbi-bədii yaradıcılıqla orijinal bir formada həyata keçirilməsindən biz mədəniyyət işçiləri çox məmnunuq.

Festival böyük atəşfəşanlıqla başa çatdı. Göylərə ucalan al-əlvan fişənglərin parlaq işığı, heç şübhəsiz, nankor qonşularımıza, namərd düşmənlərimizə ürəyimizdən keçən bir mühüm mətləbi də anlatdı. Belə ki, atılan fişənglər bir xəbərdarlıq siqnalıydı. Gün gələr, Ali Baş Komandanın rəhbərliyi ilə ən yaxın zamanda Qarabağ işğaldan azad edilər. O gün uzaqda deyil.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM