Alternative content

16:29 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha güclü, daha zəngin Azərbaycan uğrunda, irəli!
Daha güclü, daha zəngin Azərbaycan uğrunda, irəli!
ANA SƏHİFƏ / SİYASƏT
00:49 25.04.2019


Bakı Slavyan Universitetinin Tələbə-gənclər təşkilatı sədrinin vəzifəsini icra edirəm. Burada tələbələrimizin elmi nailiyyətlər əldə etməsi üçün hər cür şərait yaradılıb. Universitetimizdə formalaşan könüllülərin tərkibində mən də ötən il "Formula-1”in keçirilmə müddətində ölkəmizə gələn əcnəbi qonaqlarla yaxından təmas qurmağa və xidmət göstərməyə layiq olduğumu təsdiqlədim. Bundan çox məmnun qalmışdım. Bu il də növbəti dəfə dünyanın sürət həvəskarlarının diqqətini doğma Bakımıza yönəldən "Formula-1”də könüllü olaraq iştirak edirəm.

Universitetimizin tələbə gənclərinin demək olar ki, 60-70 faizi könüllülərdən ibarətdir. Bu şərəfli xidməti göstərmək üçün biz xüsusi təlimlər və treninqlər keçirir, xalqımızın milli mənəvi dəyərlərinin təbliği istiqamətində üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışırıq.

Açığı, gənclərimizin milli və bəşəri hisslərlə yaşaması məni çox sevindirir. Biz öz milli adət-ənənələrimizi, tarix və mədəniyyətimizi, coğrafiya və etnoqrafiyamızı, qədim məişət və zəngin mətbəximizin xarici ölkələrdən gələn əcnəbilərə olduğu kimi çatdırılmasında mühüm vasitə hesab edilirik. Bu isə biz könüllülərin üzərinə daha böyük və ciddi məsuliyyət qoyur.

Ölkəmizin gənclik ordusu, təbii ki, yalnız könüllülərdən ibarət deyil. Əlbəttə, gənclər bu gün mərkəzi və yerli icra orqanlarında, o cümlədən beynəlxalq təşkilatlarda və şirkətlərdə çalışaraq bilik və bacarıqlarını dövlətimizin möhkəmlənməsinə və inkişafına yönəldirlər. Bu amilin əhəmiyyəti böyükdür. Çünki bu, bizim Vətənimizdir.

Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində gənclər Azərbaycanın inkişafını və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırır. Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Bizim əsas yolumuz Prezidentimizin ətrafında daha sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin IV Forumunda çıxış edərək belə bir fikir bildirdi: "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Biz gənclər isə deyirik: "Cənab Prezident, biz gənclər, tələbə ordusu bütün fəaliyyətimizdə qayğınızı hər zaman hiss edir və Sizə güvənirik...”

Bütün sahələrdə gedən inkişaf proseslərini yaxından izləyir və dövlətimizin əldə etdiyi nailiyyətlərlə qürur duyuruq. Dövlət başçısının rəhbərliyi ilə dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz ildən-ilə möhkəmlənir və hərbi qüdrəti artır. Xalqımızın rifahı naminə görülən bütün işlər Azərbaycan gənclərində xoşbəxt gələcəyə olan inam və əminliyi daha da artırır. Biz gənclərin ümumi fikri, amalı və məqsədi belədir: daha güclü, daha zəngin Azərbaycan uğrunda, irəli!

Aylan AĞAZADƏ,

Bakı Slavyan Universitetinin tələbəsi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM