25 Aprel 2019 00:49
640
SİYASƏT
A- A+

İstedadlı gənclərə dövlət qayğısı davam edir


Hələ 1996-cı il iyunun 22-də istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, onlara dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman imzaladı.

Bu fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə indiyədək incəsənət sahəsində xüsusi istedadı olan 124 gəncin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılıb. Onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Dövlət başçısı İlham Əliyevin 2013-cü il 2 iyul tarixli fərmanı ilə elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün "Prezident mükafatı” təsis edilib. Onlarla gənc bu mükafatla təltif olunub.

Gənc nəslin incəsənətə cəlb olunmasına, bu sahədə yüksək təhsil almasına böyük diqqət və qayğının təzahürü olaraq son illər ölkəmizdə yeni uşaq musiqi, incəsənət, aşıq, muğam məktəbləri yaradılıb. Həmçinin yeni məktəb binaları tikilib və ya əsaslı təmir edilib, məktəblər zəruri avadanlıq, tədris vəsaitləri ilə təchiz olunub. Hazırda Mədəniyyət Nazirliyi sistemində 211 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir.

Ölkədə gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi məqsədilə mütəmadi olaraq festivallar, müsabiqələr, sərgilər təşkil olunur. Gənc musiqiçilər, rəqqaslar, rəssamlar xarici ölkələrdə keçirilən müsabiqə, festival, sərgilərdə fəal iştirak edirlər. Mədəniyyət Nazirliyindən bildirildiyinə görə, son beş ildə uşaq və yeniyetmələrin 70-dən çox rəsm müsabiqəsi və sərgisi keçirilib. Bundan başqa, "Yaddaş” və "Salnaməfilm” studiyalarında gənc rejissorlar tərəfindən onlarla ekran əsəri çəkilib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video