24 Aprel 2019 23:09
602
CƏMİYYƏT
A- A+

Şəhid Milli Qəhrəmanın anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb


Ulu öndər Heydər Əliyevin imzaladığı ilk Prezident Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, "Şəhid anaları” Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Mərasimdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb. Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: "Oğlum, qardaşım olmasa da, bir qızım vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalsa da, Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm”.

Milli Məclisin deputatı Adil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, Gültəkin Əsgərovanın döyüş yoldaşı tibb xidməti polkovniki Xudu Xuduyev və başqaları çıxış edərək qəhrəman övladı kimi şəhid anasının da unudulmayacağını qeyd ediblər. Rəfiqə xanımın himayəsində böyüyən nəvəsi, şəhid qızı Əminə bu ağrılı, üzüntülü gündə onların kədərinə şərik olanlara, eləcə də nənəsinin arzusunu yerinə yetirərək onu hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınmasını təşkil edən Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video