Alternative content

16:25 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda Amerika Ticarət Palatasının əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələri müzakirə edilib
Azərbaycanda Amerika Ticarət Palatasının əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələri müzakirə edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:50 24.04.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan”) nümayəndələri ilə görüş olub.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezidenti İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin edən siyasətində sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsinin xüsusi yer tutduğunu vurğulayıb. Nazir respublikamızda biznes və investisiya mühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühüm addımların atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların geniş miqyas aldığını deyib. O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ və effektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Nazir yeni qurulan "Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verdiyini deyib. Qeyd olunub ki, həmin altsistem, eyni zamanda, işəgötürənlərin, o cümlədən "AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsi mexanizminin təkmilləşməsinə şərait yaradır.

Nazirliyin "AmCham Azərbaycan”la fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdıran S.Babayev qeyd edib ki, palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət "Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi təşkil edilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.

"AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində aparılan islahatları maraqla izlədiklərini deyib. O, əmək və məşğulluq, sosial sığorta sahələrində həyata keçirilən islahat tədbirlərinin də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı baxımından əhəmiyyətini qeyd edib.

Görüş zamanı aparılan islahatlar, əmək bazarının tənzimlənməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, palatanın təhsil və əmək məzuniyyətləri, ezamiyyə qaydaları və sosial sığorta ödənişlərinin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələri müzakirə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM