Alternative content

17:02 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yol polisi Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücü və piyadalara müraciət edib
Yol polisi Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücü və piyadalara müraciət edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:50 24.04.2019

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM