Alternative content

16:23 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyəli alim: Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımını törədiblər
Türkiyəli alim: Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımını törədiblər
ANA SƏHİFƏ / SİYASƏT
19:29 24.04.2019

Saxta "böyük Ermənistan” iddiası ermənilərdə yoluxucu bir iddialılıq xəstəliyi yaradıb. Məhz bu xəstəlik nəticəsində erməni toplumunda xəyanət etmək vərdişi formalaşıb. Təəssüf ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövləti də erməni xəyanəti ilə üz-üzə qaldı.

Bu sözləri beynəlxalq hüquq üzrə alim Bahadır Bumin Özarslan 1915-ci il hadisələrini AZƏRTAC-a şərh edərək bildirib.

Ermənilərin Osmanlı dövlətinə və müasir Türkiyəyə qarşı irəli sürdükləri "soyqırımı” iddiasının heç bir əsası olmadığını söyləyən alim qeyd edib ki, dünyadakı ikili standartlar saxta "böyük Ermənistan” iddiasına ən böyük dəstək olub. Erməni millətçi dairələrini və din xadimlərini Osmanlı dövlətinə qarşı qızışdıran böyük güclər müasir dövrdə saxta "erməni soyqırımı” iddiası ilə Türkiyəyə qarşı haqsızlıq edirlər.

Bahadır Bumin Özarslan deyib ki, əgər dünya birliyini doğrudan da 1915-ci il hadisələrinin gerçək tərəfi maraqlandırırsa, əvvəlcə təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrinə baxsınlar. Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımını törədiblər. Bu soyqırımının dəhşətlərini görmək və bilmək üçün arxivləri axtarmağa gərək yoxdur, məhz Avropanın aparıcı televiziyalarının Xocalıda çəkdikləri 15-20 dəqiqəlik kadrları izləmək yetərlidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM