24 Aprel 2019 17:16
549
DÜNYA
A- A+

Sudan paytaxtında etirazlar səngimir


Sudanın paytaxtı Xartumda Silahlı Qüvvələrin Baş Qərargahı binasının yaxınlığında Prezident Ömər Bəşirin devrilməsindən və Ali Hərbi Şuranın hakimiyyətə gəlməsindən 19 gün keçsə də, etiraz aksiyaları səngimir. Minlərlə etirazçı həmkarlar ittifaqlarının və müxalifətin çağırışı ilə Baş Qərargahın qarşısına toplaşmışdır.

Nümayişçilər hərbçilərdən hakimiyyəti mülki hökumətə verməyi tələb etmişlər. Hərbçilər aksiyaya müdaxilə etməmişlər. Etirazçılar köhnə rejimin və Ali Hərbi Şuranın əleyhinə şüarlar səsləndirmişlər. Aksiya iştirakçıları bildirmişlər ki, hakimiyyət mülki hökumətə verilməyənədək etirazlar davam edəcək.

Xartumda etirazçıları dəstəkləmək üçün Atber şəhərindən yüzlərlə nümayişçi paytaxta gəlmişdir. Ötən il dekabrın 19-da həmin şəhərdə çörəyin qiymətinin artmasına etiraz əlaməti olaraq aksiyalar keçirilmişdir.

Xatırladaq ki, aprelin 15-də Sudanın müdafiə naziri Avad bin Auf ölkədə hakimiyyətin Ali Hərbi Şuraya keçdiyini və Prezident Ömər Bəşirin saxlandığını elan etmişdir. Sonradan Baş Qərargah Prezidentin həbsə alındığını bildirmişdir. Ölkədə ikiillik keçid dövrü və üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunmuşdur. Aprelin 12-də müdafiə naziri və Ali Hərbi Şuranın başçısı Avad bin Auf istefaya getmişdir. Onu Ali Hərbi Şuranın başçısı vəzifəsində general Əbdülfəttah Bürhan əvəzləmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video