Alternative content

23:01 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Bərdədə vətəndaşlarla görüşüb
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Bərdədə vətəndaşlarla görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:06 24.04.2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə aprelin 24-də Bərdə şəhərində vətəndaşlarla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl cəmiyyətin sədri Əhməd Əhmədzadə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsi özünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Bərdə Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Bərdə rayonu ilə yanaşı Ağdam, Tərtər və Yevlaxdan olan vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının qurulması və təmiri, suvarma kanallarının lildən təmizlənməsi kimi məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə ASC-nin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM