Alternative content

01:36 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinə dair yeni faktlar üzə çıxarıb
Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinə dair yeni faktlar üzə çıxarıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:02 24.04.2019

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 20-dən başlayaraq qazıntı işləri I Çaqqalıqtəpədə aparılır.

Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, tədqiqatların bu mərhələsi mayın 10-na kimi davam edəcək.

"Çaqqallıqtəpə abidələr kompleksində 5 eyni tipli abidə mövcuddur. Bu abidələrin üçündə ilkin tədqiqatlar aparılaraq mədəni təbəqənin xarakterinin eyni olduğu müəyyənləşib. 4 və 5-ci abidələrdə isə bu ilin payız aylarında tədqiqatların aparılması nəzərdə tutulub. Bununla da bu 5 abidənin bir-biri ilə bağlılığı araşdırılacaq. Hazırda isə tədqiqatlar I Çaqqallıqtəpə abidəsində davam etdirilir. Yeni tapıntılarımız var. Bunlardan üzəri yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içərisində Erkən Tunc dövrünə aid manqal aşkarlanıb. Bu tip manqallar Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir”, - deyə Səfər Aşurov qeyd edib.

Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən Tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.

Tədqiqatlar zamanı çox sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri də aşkarlanıb.

Qazıntılar Çaqqallıqtəpə abidəsində 4 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə Erkən Tunc dövrünə aid 5 qazma ev tapılıb və bu tip evlər Azərbaycanda hələ öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyətinə xas olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət daş özül üzərində dairəvi evlərin tikintisidir. Dördüncü isə çiy kərpicdən hörülmüş evlərdir.

Ekspedisiya rəhbəri bildirib ki, qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır. Bu isə Erkən Tunc dövrünün əsas atributu sayılır.

Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər də aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.

Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM