Alternative content

01:40 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:37 24.04.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir. Seminarda dünyanın tanınmış məsləhətçi şirkətlərindən biri olan "PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə qonaqlara məlumat verib.

Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13 faizlik bir hissəsini, yəni 1,3 milyon vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.

A.Kərimov cari ilin əvvəlindən ölkədə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandığını və bu formada proaktiv xidmətlərin sosial təminat sisteminin digər sahələri üzrə genişləndirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini pensiya sistemində aparılacaq islahatlar, atılacaq addımlarla bağlı növbəti beş illik dövr üçün planın hazırlandığını, bu sahədə beynəlxalq ekspertlərin də təklif və tövsiyələrinə əhəmiyyət verildiyini qeyd edib. O, eyni zamanda, PwC şirkətinin mütəxəssisləri ilə bu mövzuda məsləhətləşmələrin əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Seminarın gündəliyinə ölkəmizdə mövcud pensiya sisteminin və ötən dövrdə aparılan pensiya islahatlarının, pensiya sisteminin gələcək inkişafı məsələlərinin müzakirəsi, hazırlanan yeni beş illik planın əsas prioritetlərinin müəyyən olunması ilə bağlı məsləhətləşmələrin aparılması daxildir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM