Alternative content

22:23 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir
Peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir
ANA SƏHİFƏ / Səhiyyə
15:29 24.04.2019

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyi, immunlaşdırmanı xəstəliklərin qarşısını almaq və həyatları xilas etmək üçün əhəmiyyətli vasitə kimi təşviq etmək məqsədli Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçiriblər.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada səhiyyə və ədliyyə nazirliklərinin, DST-nin Azərbaycandakı ofisinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Analitik Ekspertiza Mərkəzinin, Dövlət İcbari Tibbi Sığorta Agentliyinin, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyasının, habelə BMT-nin müvafiq agentliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib: "Peyvəndlər hər il milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir. Peyvəndlərin sayəsində Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklər azalıb. Peyvəndlər uşaqların həyatı üçün ömürlük investisiyadır. Peyvəndlərin sayəsində, Avropa regionunda bir çox uşaq və yetişkinlərdə qızılca, məxmərək, epidemik parotit, difteriya, göy öskürək, tetanus və poliomielit kimi xəstəliklərə qarşı immunitet yaranıb. Pnevmokok bakteriyası, insan papilloma virusu, hepatit B virusunun daha ağır fəsadlarının qarşısını almaq üçün peyvənd olunanların sayında artım müşahidə olunur. Orta hesabla Avropa regionunun 90 faizi peyvəndlə əhatə olunub, 2017-ci ildə həmişəkindən daha çox uşaq qızılcaya qarşı iki doza peyvənd olunub. Peyvəndlə qarşısı alınan xəstəliklərdə azalma müşahidə edilsə də, hələ də bir çox insan peyvəndin qoruyucu faydalarından yararlana bilmir. İmmunlaşdırma ilə bağlı boşluqları doldurmaq və heç kimin kənarda qalmaması üçün daha çox birgə səy göstərmək lazımdır. 2018-ci ildə Avropa regionunda 82000 insan qızılcaya yoluxub və 72 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İmmunlaşdırmanın təminatında olan boşluqlar xəstəliklərin peyvənd olunmayan şəxslərə keçməsinə şərait yaradaraq yoluxucu, peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması üçün zəmin yaradır. Avropa Peyvəndləşdirmə Tədbirlər Planının (2015-2020) hədəfi Avropa regionunu peyvəndlə qarşısı alınan xəstəliklərdən xilas etmək, ölkələrə yüksək keyfiyyətli, təhlükəsiz və münasib qiymətli peyvəndə əlçatanlığın bərabərliyini və ömür boyu davam edən immunlaşdırma xidmətlərini təmin etməkdir. Bu hədəfi reallığa çevirmək Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il gündəliyinə daxil edilmiş sağlam həyat tərzini və hər yaşda rifahın təmin edilməsini nəzərdə tutan 3-cü məqsədə çatmaq üçün önəmli addımdır. Əgər uşaqlarımızı peyvənd etdirməsək, bu xəstəliklər yenidən baş qaldıracaq. Yadda saxlayın ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təmin etdiyi bütün peyvəndlər keyfiyyətlidir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini, Səhiyyə Nazirliyinin İmmunlaşdırma Proqramının əlaqələndiricisi Afaq Əliyeva bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə İmmunlaşdırma həftəsi keçirilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsasən, ölkəmizin bütün şəhər və rayonlarında tibb müəssisələrinin və Səhiyyə Nazirliyinin idarələrinin rəhbərlərinə aprelin 24-dən 30-dək İmmunlaşdırma həftəsinin təşkil edilməsi barədə tapşırıqlar verilib. İmmunlaşdırma həftəsi dövründə Milli Peyvəndlər (planlaşdırılan immunlaşdırma) Təqvimi əsasında Azərbaycanın bütün tibb müəssisələrində təmizləyici immunlaşdırma tədbirləri görüləcək, hər hansı səbəblər üzündən vaksinləşdirmə kursunu tam qəbul etməmiş və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqların vaksinləşdirilməsi həyata keçiriləcək.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, böyüməkdə olan nəslin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı mübarizə məsələləri dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda keçirilən İmmunlaşdırma həftəsi dünya əhalisinin zəruri və qiymətcə münasib olan vaksinlərlə təmin edilməsinə yönəlmiş qlobal kampaniyadır. 2007-ci ildən Azərbaycan da bu kampaniyaya qoşulub.

Afaq Əliyeva qeyd edib ki, son illərdə ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində Azərbaycanda davamlı epidemioloji sabitlik təmin edilib. Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinləşdirmə keçirilir, ölkədəki bütün uşaqları əhatə edən planlaşdırılmış peyvənd tədbirləri tətbiq olunur. A.Əliyeva deyib: "Son illərdə B hepatitinə və pnevmokoka qarşı vaksinləşdirmə də həyata keçirilir. Ölkədə plan üzrə həyaya keçirilən peyvəndlər uşaqların 95-97 faizini əhatə edir, immunlaşdırma tədbirləri daim təkmilləşdirilir. Bunun nəticəsində immunoprofilaktika vasitəsilə idarə olunan yoluxucu xəstəliklərin azaldılması sahəsində sabit dinamika əldə edilib. 1995-ci ildən sonra ölkəmizdə poliomielit xəstəliyinə tutulma halları müşahidə olunmur, 2002-ci ildə isə DST Azərbaycana polimelitdən azad region kimi sertifikat verib. Bundan əlavə, 2016-cı ilin aprelindən etibarən Azərbaycanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə edilməsi dayandırılıb və bunun əvəzinə ikivalentli OPV vaksininin tətbiq edilməsinə başlanılıb”.

Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı təmsilçisi Cəvahir Süleymanova qeyd edib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi cəhətdən səmərəli tədbirlərdən biridir. "İmmunlaşdırma həftəsi”nin məqsədi immunlaşdırmanın vacibliyi barədə əhalinin məlumatlandırılması, habelə uşaq ölümü səviyyəsinin azaldılması və peyvənddən sonra ağır nəticələrin azaldılmasıdır.

Dəyirmi masada mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM