Alternative content

01:35 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın şimal və cənub bölgələrindən olan din xadimləri birgə namaz qılıblar
Azərbaycanın şimal və cənub bölgələrindən olan din xadimləri birgə namaz qılıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:27 24.04.2019

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən və 23-25 aprel tarixlərini əhatə edən seminar davam edir. Seminarda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edirlər.

Fonddan AZƏRTAC-a bildiriblər ki, seminar çərçivəsində Azərbaycanın şimal və cənub bölgələrindən olan din xadimləri Lənkəran şəhəri Böyük Bazar "Cümə” məscidində və Kiçik Bazar "Hüseyniyyə” məscidində birgə namaz qılıblar.

Seminarın ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinovun "Azərbaycanda birgəyaşayış ənənəsi”, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun "İslam məktəblərində ortaq dəyərlər” və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin "Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda mühazirələri dinlənilib.

Aprelin 24-də seminar iştirakçıları üçün Heydər Əliyev adına xatirə parkı və Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Həzi Aslanovun ev muzeyi ilə tanışlıq, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Vəhdət qanımızdadır” adlı sənədli filminin nümayişi nəzərdə tutulub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM