24 Aprel 2019 15:27
390
CƏMİYYƏT
A- A+

“ASAN ödəniş” sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır


Aprelin 24-də Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kütləvi informasiya vasitələri nümayəndələri üçün "ASAN ödəniş” sistemi ilə bağlı xüsusi təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin rəhbəri Fariz Cəfərov "ASAN ödəniş”ə qoşulan yeni qurumlar, sistemin üstünlükləri, yeniliklər, o cümlədən EHİM-in digər layihələri haqqında ətraflı məlumat verib.

F.Cəfərov bildirib ki, "ASAN ödəniş” sisteminin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanına əsasən təsdiq edilib.

"EHİM tərəfindən fəaliyyəti təmin edilən çoxfunksiyalı "ASAN ödəniş” sistemi cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə ödənişləri qısa müddət ərzində, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin respublika daxilində geniş ərazini əhatə edən "ASAN ödəniş” terminalları, həmçinin www.asanpay.az portalı və "ASAN Pay” mobil əlavəsi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyəti olmadan 24/7 ödəniş etmək mümkündür.

"ASAN ödəniş” sistemi vasitəsilə 30 mərkəzi, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla 219 qurumun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən çox xidmət üzrə ödənişləri həyata keçirilə bilər. Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət” portalı, eləcə də sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalları, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür. Bankların "ASAN ödəniş” sisteminə inteqrasiyası davam edir. Xidmətlərin sayı artırılır. Düşünürük ki, heç bir xidmət kənarda qalmamalıdır. Vətəndaşlar bütün xidmətlərdən elektron şəkildə yararlana bilməlidir. "ASAN ödəniş” sistemi vasitəsilə göstərilən xidmətlərin sayının 541-dən 1000-ə qədər artırılması planlaşdırılır”, - deyə mərkəzin rəhbəri qeyd edib.

Sonra kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video