Alternative content

08:11 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı “Formula-1” üçün unikal yerdir
Bakı “Formula-1” üçün unikal yerdir
ANA SƏHİFƏ / İDMAN
00:58 24.04.2019


Planetin ən güclü pilotları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirlər


Dünyanın sürət həvəskarları Bakıdakı "Formula-1” yarışının həyəcanı ilə yaşayır. Bu günlərdə planetimizdə avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza yönəlib.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Valtteri Bottas, Antonio Covinatsi, Serxio Peres, "Ferrari” komandasının rəhbəri Mattia Binotto və digərləri ümumilikdə cari mövsüm, Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüblər.


"Bakıda bizi fərqli yürüş gözləyir”


"Mercedes”in pilotu Luis Hamilton ötən iki mövsümdə Azərbaycandakı trasın əla olduğunu diqqətə çatdırıb. Deyib ki, Bakıda əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyir: "Bolidin sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxtim gətirmişdi. Mən Valtteri Bottasın və xüsusilə "Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”.

"Mercedes” komandasının digər pilotu Valtteri Bottas isə qeyd edib ki, mövsümün başlanğıcı komanda üçün ideal olub:

"Biz üç mərhələdə iki dəfə qələbə qazanacağımızı təsəvvür belə etmirdik. Buna görə bütün əməkdaşlara fantastik işlərindən ötrü təşəkkür edirəm. Şəxsən mən bir az kədərliyəm, çünki yürüşü pouldan başladım və elə ilk metrlərdə onu uduzdum. Start-finiş ağ xəttində gecikmə baş verdi və mən liderliyi Luisə təhvil verməli oldum. Bu cür xırdalıqlar böyük rol oynaya bilir və təəssüf ki, onlar qalibi müəyyən edən amil olur. Müsbət məqamlara gəldikdə isə biz trasda Bəhreyndə olduğundan daha inamlı idik. Komanda yaxşı formadadır və maksimum nəticə əldə etməyə çalışacaq. Şanxay trası bir çox cəhətdən unikaldır, Bakıda isə bizi fərqli yürüş gözləyir. Yaxın günlərdə bizi nələrin gözlədiyi məlum olacaq”.


"Bakıya daha güclü qayıtmaq istəyirik”


"Ferrari” komandasının rəhbəri Mattia Binotto isə bildirib ki, "Mercedes” bolidləri uik-endin başlanğıcından sürətli olub, onlar təsnifatda bizi qabaqlayıb və bu keyfiyyəti bir daha təsdiq ediblər:

"Bu, yürüşdən-yürüşə vəziyyətin dəyişə biləcəyini göstərir. Bəhreyndə biz daha sürətli çıxış etdik, bir həftədən sonra isə hər şey əksinə oldu. Güman edirəm ki, bütün çempionat boyu şərait dəyişəcək. Strateji qərarların qəbulu zamanı biz komanda üçün maksimal nəticələrə nail olmağa çalışırdıq. Biz Maranellodakı bazaya qayıdacağıq, orada telemetriyanı öyrənərək növbəti yürüşə daha yaxşı hazırlaşmaq istəyirik. Zəif cəhətlərimizi aşkar etmək və Bakıya daha güclü qayıtmaq üçün maşını da modernləşdirməyə davam edəcəyik. Orada bizi tamamilə fərqli tras gözləyir, biz uik-endə müsbət əhvali-ruhiyyə ilə yanaşmalı və mümkün olan hər şeyi etməliyik”.


"Çox sevincliyəm”


"Racing Point”in pilotu Serxio Peres isə "Formula-1”in Qran-prisindən sonra 4 xal qazandığına görə sevincli olduğunu diqqətə çatdırıb: "Start inanılmaz dərəcədə yaxşı alındı. Mən hücuma keçmək fürsətini gördüm və hər şey istədiyim kimi alındı. Bizim tempimiz yaxşı idi, mən sürəti saxlayır və şinlərin vəziyyətinə nəzarət edirdim. Yürüşü asan adlandırmaq olmazdı, çünki ikinci kəsiyin çox hissəsində Kimi Raykkonenin təzyiqi altındaydım. Bu səbəbdən də şinlərin vəziyyətini izləmək və tempi saxlamaq çox çətin idi. Məndən irəlidə olan Daniel Rikkardo da elə bu vəziyyətdə idi. Güman edirəm ki, o, şinlərin vəziyyətini izləyirdi. Çünki hər dəfə mən ona yaxınlaşdıqda o, sürəti artıraraq qabağa gedirdi. Fürsətdən istifadə edərək xal qazanmağımız çox mühüm idi. Biz Bakıda daha yaxşı çıxış etməliyik”.


"Azərbaycanda hər şeyi yenidən başlamaq istəyirəm”


"McLaren”in idman direktoru Jil de Ferran isə Çin Qran-prisindən sonra idmanda güzəşt olmadığını diqqətə çatdırıb. Vurğulayıb ki, birinci dövrədə baş verən insident komandanın yürüşünü pozub: "Yekun ürəkaçan olmadı. Buna baxmayaraq, uik-end bizə müsbət nəticələr çıxarmağa imkan verdi. Birincisi, xal qazana bilmiş rəqiblərin fonunda bizim yürüş tempimiz heç də pis deyildi. İkincisi, özünəməxsus unikal Çin trası bolidin davranışı barədə daha çox məlumat toplamağa şərait yaratdı. Buna görə də Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik”.

"Alfa Romeo”nun pilotu Antonio Covinatsi isə onları qarşıda daha çətin Bakı sınağının gözlədiyini bildirib: "Planımız baş tutmadı, indi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı trası ilə məni xoş xatirələr bağlayır. "Formula-1” sükanı arxasında Bakı yollarında çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq”.

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM