Alternative content

22:21 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib
ANA SƏHİFƏ / Təhsil
00:54 24.04.2019


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) nümayəndə heyətinin iştirakı ilə "dəyirmi masa” keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, "dəyirmi masa”da İTU-nun rektoru, professor Mehmet Karacanın "İstanbul Texniki Universiteti nümunəsində XXI əsrdə universitetlərin dünəni, bu günü və sabahı” mövzusunda məruzəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin və türkiyəli qonaqların iştirak etdikləri görüşün əhəmiyyətini vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini öyrənməyə dəvət edib.

Sonra məruzə ilə çıxış edən Mehmet Karaca müasir dünyanın tələblərinə uyğun olaraq hazırda təhsilin forma və məzmununun dəyişdiyini, yeni biznes strukturlarının yaradılması ideyasının ortaya çıxdığını, təhsilalanların biznes ideyalarının gerçəkləşməsi üçün startap layihələrinin əhəmiyyətini vurğulayıb. Rektor İTU-da yaradılan texnoparkın fəaliyyətindən də danışıb, universitet-sənaye işbirliyinin əməkdaşlığının faydalı nəticələrini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və digərləri ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını, gənclərin bu sahəyə marağının artdığını bildirib, ali təhsil ocaqlarında texnoparkların yaradılmasında ortaya çıxan çətinliklərdən danışıblar.

Müzakirələrdə Mehmet Karaca texnopark ənənəsinin öyrənilməsində Azərbaycan universitetlərinə dəstək göstərməyə hazır olduğunu bildirib, rektorları və ali məktəb təmsilçilərini İTU Texnoparkının fəaliyyətini izləmək və təcrübəsini öyrənmək üçün Türkiyəyə dəvət edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM