Alternative content

23:00 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət başçısının fərmanı sahibkarların və Sahibkarlığın İnkişafı Fondunun problemlərini həll edəcək
Dövlət başçısının fərmanı sahibkarların və Sahibkarlığın İnkişafı Fondunun problemlərini həll edəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:53 24.04.2019


Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri - neft ixracının həcminin artırılması ölkəmizdə son illər həyata keçirilən iqtisadi siyasətin əsasını təşkil edir. Bu uğurlu siyasətin nəticəsi olaraq son 15 ildə qeyri-neft sektorunda 3 dəfəyə yaxın artım qeydə alınıb. Müasir dövrün çağırışlarına uyğun olaraq son vaxtlar ölkəmizin daha da inkişafına yönələn ciddi islahatlar həyata keçirilir. Sahibkarlar günü ərəfəsində ölkəmizin aparıcı sahibkarlıq nümunələrindən biri olan "Mətanət A” şirkətinə son dövrün mühüm islahatlarının sahibkarlığın inkişafına və yeni istehsal sahələrinin yaradılmasına təsirinin dəyərləndirilməsi ilə bağlı müraciət etdik. Şirkətin İnvestisiya Layihələri üzrə vitse-prezidenti Mayis Qasımov "Azərbaycan” qəzetinin suallarını cavablandırıb.

- İlk sualımız təbii ki, islahatlarla bağlı olacaq. Necə düşünürsünüz, son dövrün islahatları iqtisadiyyatımızın inkişafına nə kimi töhfələr verəcək?

- Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar ölkəmizdə sahibkarlığın inkişafında yeni bir səhifə açıb. Azərbaycanda özəl sektorun, sahibkarlığın inkişafı dövlət başçısının əsas prioritetlərindəndir. Biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması istiqamətində qəbul edilən önəmli qərarlar ölkəmizdə sahibkarlığın cəlbediciliyini artırıb. Sahibkarlıq sahəsində lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması, investisiyaların və ixracın təşviqi, vergi, gömrük sahəsində islahatlar və digər tədbirlər son illərdə sahibkarlığın inkişafına çox böyük dəstək olub. Həyata keçirilən islahatlar ölkəmizin inkişaf etdirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.

- Geridə qoyduğumuz il "Mətanət A” şirkəti üçün hansı uğurlarla yadda qaldı?

- "Mətanət A” şirkəti ümummilli lider Heydər Əliyevin xeyir- duası və möhtərəm Prezident

İlham Əliyevin dəstəyi ilə ölkəmizdə çoxsaylı istehsal sahələri, yeni iş yerləri yaradıb, öz məqsədyönlü fəaliyyəti ilə ölkə iqtisadiyyatının inkişafına töhfələr verib, dövlətimizin regional və qlobal səviyyədə rəqabətədavamlı və uğurlu sahibkarlıq nümunələrindən birinə çevrilib. Cənab Prezident "Mətanət A” şirkətinin "Ağdağ” müasir gips zavodunun açılışında çıxışı zamanı sərhədyanı ərazilərdə istehsal obyektlərinin tikilməsi zərurətini vurğulamışdı. Biz bu tövsiyəni rəhbər tutaraq artıq Qazax rayonunun Daşsalahlı kəndində dünyanın ən innovativ texnologiyalarına əsaslanan Qazax əhəng zavodunun tikintisini başa çatdırdıq. Zavodun yaxın zamanda dövlət başçısının iştirakı ilə açılışı gözlənilir.

- Bu zavodun dünyadakı ən son innovativ texnologiyaya əsaslandığını bilirik. Onun tikintisində dövlətin güzəştli kreditlərindən yararlandınızmı?

- Qeyd etdiyim kimi, dövlətin dəstəyini hər zaman hiss etmişik. Qazax əhəng zavodunun tikintisi və avadanlıqların alınması üçün "Mətanət A” şirkətinin öz vəsaitindən əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən də kredit ayrılıb, kredit müvəkkil bank olaraq "DəmirBank” ASC vasitəsilə verilib.

- "DəmirBank” ASC-nin lisenziyasının ləğv edilməsi bu məsələ ilə bağlı çətinlik yaratdımı?

- Bəli, yaratdı. "DəmirBank” ASC-nin bank lisenziyasının ləğvi səbəbindən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit də daxil olmaqla Kredit Portfelinin sağlam banka köçürülməsi ilə əlaqadar problemlər yarandı ki, bu da şirkətimizin gələcək layihələrinin icrasını şübhə altına qoyurdu. Lakin Prezidentin müvafiq fərmanı bu problemimizin həllinə kömək oldu. Belə ki, möhtərəm Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu”nun (SİF) vəsaitindən istifadə Qaydası”nın 3.6.bəndinə əsasən, fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyəti Sahibkarlığın İnkişafı Fonduna verildi. Bu səlahiyyətindən istifadə edərək Sahibkarlığın İnkişafı Fondu məhkəməyə müraciət etdi, məhkəmə Azərbaycan Respublikası Prezidentinin bu fərmanını əsas götürərək kredit portfelimizin tam həcmdə "Dəmirbank” ASC-dən "Paşabank” ASC-yə köçürülməsinə dair ədalətli qərar qəbul etdi.

Sözügedən fərman həmçinin hər zaman özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğıyla yanaşan möhtərəm Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmin göstəricisi idi. Bu fərmanla həmçinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin də qorunması təmin olundu. Cənab Prezident çıxışlarında dəfələrlə bəyan edib ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir və hər bir dövlət qurumu sahibkarlığın inkişafına dəstək göstərməlidir. İnanırıq ki, "Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu da dövlət başçısının fərmanını əsas tutaraq çıxarılan bu məhkəmə qərarının icrasını təmin edəcək, kredit portfelimizi tam həcmdə "Paşabank” ASC-yə köçürəcək. Bununla da şirkətimiz tərəfindən həyata keçiriləcək yeni istehsal layihələrinin icrasına maneələr aradan qalxmış olacaq, regionlarda yeni iş yerləri açılacaq və son nəticədə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri səmərəli şəkildə yenidən sahibkarlığın inkişafına yönələcəkdir.

- Bu məhkəmə qərarının icrası nə qədər vaxt aparacaq?

- Möhtərəm Prezident İlham Əliyevin sahibkarlığın inkişafı siyasəti bütün dövlət qurumları tərəfindən davamlı olaraq dəstəklənir. Hesab edirik ki, sözügedən qurum da dövlət başçısının iqtisadi sahədə siyasətinə öz töhfəsini verəcək.

- Bəs 2019-cu ildən gözləntiləriniz necədir? Ümumiyyətlə, şirkətin yaxın perspektiv üçün nə kimi planları var?

- Yuxarıda qeyd etdiyim kimi, müəyyən problemlər layihələrimizin icrasını ləngidirdi. İnanırıq ki, bu problemimiz də uğurlu həllini tapacaq və biz də iqtisadiyyatımızın inkişafına töhfə verməkdə davam edəcəyik. "Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən kredit portfeli tam həcmdə "Paşabank” ASC-yə köçürüldükdən sonra biz ilk növbədə Mineral Yun Zavodunun tikintisini başa çatdıracağıq. "Mətanət A” şirkəti olaraq bundan başqa, 2019-cu ildə Zənginləşdirilmiş Kvars Qum zavodu layihəsini və digər yeni layihələrin icrasını başa çatdırmaqla istehsal sahələrini genişləndirmək və yeni iş yerləri yaratmaq əsas hədəflərimizdəndir.

- Sabah ölkəmizdə Sahibkarlar Günü qeyd olunacaq. Bu əlamətdar günlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Möhtərəm Prezident İlham Əliyev tərəfindən Sahibkarlar Gününün təsis edilməsi dövlət başçısının sahibkarlığa, özəl sektora verdiyi yüksək dəstəyin ifadəsidir. Mən bütün sahibkarları Sahibkarlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara ölkəmizin inkişafı istiqamətində işlərində uğurlar arzulayıram.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM