Alternative content

01:40 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 24.04.2019


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin rəhbərləri ilə "Azərbaycan Respublikasında aqrar islahatlar” mövzusunda görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadənin moderatorluğu ilə keçirilib.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək görüşün keçirilməsində məqsədin Azərbaycanın aqrar sektorunda aparılan islahatlar barədə məlumat verməklə yanaşı, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etmək olduğunu bildirib. Nazir kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biri olduğunu deyib: "Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç əsas prinsipə əsaslanır. Bunlar fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb. Bu istiqamətləri aqrar təhlil, aqrar həllər, aqrar bilik və bacarıqlar, aqrar dəstək və aqrar ticarət kimi təsnif edə bilərik. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Eyni zamanda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. Bu sistem bütün aqrar xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsinə imkan verəcək və fermerlərə əlavə üstünlüklər yaradacaq. Son üç ay ərzində artıq 50 mindən çox fermer yeni sistemdə qeydiyyatdan keçib”.

Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Aqrar İnkişaf mərkəzləri, AMAL və AFAQ layihələri, "Aqrar Tədarük və Təchizat” ASC və Dövlət Aqrar Ticarət Şirkətinin funksiyaları barədə diplomatlara geniş məlumat verilib.

Daha sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova təmsil etdikləri qurumların əsas fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.

Görüşdə diplomatik korpus nümayəndələrinin aqrar islahatların müxtəlif istiqamətlərinə dair sualları cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM