Alternative content

11:27 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən yay qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyası tam yenidən qurulur
Ötən yay qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyası tam yenidən qurulur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 24.04.2019


Ötən ilin iyul ayında baş verən qəza nəticəsində ölkəmizdə enerji sisteminin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir.

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu "Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

Bu günə qədər "Reabilitasiya Proqramı” çərçivəsində "Azərenerji” ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavatlıq yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı, hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb.

Hazırda sex və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. "Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisinin perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda tam yekunlaşıb. Soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdan qoruma işləri yekunlaşmaq üzrədir.

Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurgularından biri məhz "Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq Açıq Paylayıcı Qurğudan 330 kilovoltuq Açıq Paylayıcı Qurğunun İdarəetmə mərkəzinə kabel xətləri ücün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafizə binası əsaslı təmir olunur.

Ümumilikdə "Reabilitasiya Proqramı” çərçivəsində "Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Ümumilikdə görüləcək genişmiqyaslı işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata catacaq, ən əsası isə "Azərbycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM