Alternative content

08:14 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 14 ölkə, 450 idmançı...
14 ölkə, 450 idmançı...
ANA SƏHİFƏ / İDMAN
00:48 24.04.2019


Yelkənçilərimiz Azərbaycanı beynəlxalq yarışda layiqincə təmsil ediblər


Son 16 ildə digər sahələrdə olduğu kimi, Azərbaycanın idman tarixində də şanlı səhifələr yazılıb. Ötən dövr ərzində ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb.

Bunlara paralel olaraq ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. "Bakı-2015” ilk Avropa Oyunlarında yarışların standartını müəyyənləşdirən, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında isə yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan bu günlərdə daha bir mötəbər tədbirə evsahibliyi edəcək. Paytaxtımız "Formula-1” Azərbaycan Qran-prisini sayca 4-cü dəfə keçirməklə yarışların tarixinə növbəti dəfə öz imzasını həkk etdirəcək.

Dünyanın idman mərkəzlərindən biri sayılan Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılarımız müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər.

Sevindirici haldır ki, qatıldıqları beynəlxalq turnirlərdə uğur qazanan idmançılar sırasında yelkənçilərimiz də var. Yelkənli idman növü ölkəmizdə uğurla inkişaf etməkdədir. Bu idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir. Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman qayıqlarının gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.

Bu günlərdə yelkənçilərimizdən daha bir xoş xəbər Sloveniyadan gəldi. Aprelin 18-22-də Yelkənli İdman Federasiyasının yığma komandası "Optimist” və "Laser” sinifləri üzrə "32-th Izola Spring Cup” və "Easter Regata” yarışlarında iştirak ediblər. Azərbaycanı yarışlarda "Optimist” sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov və Səxavət Əzimov, "Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, "Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı və köməkçi məşqçi Anton Vilyayev təmsil ediblər.

Yelkənçilərimiz yarışlara başlamazdan əvvəl aprelin 14-18-də beynəlxalq səviyyəli məşqçi Draqan Qasiçin rəhbərliyi ilə təlim-məşq toplanışlarına qatılıblar. Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədilə qatıldığı yarışlarda 14 ölkədən 450 idmançı iştirak edib.

"Optimist” sinfi üzrə 2 yarış və "Laser 4.7” sinfi üzrə 3 yarış keçirilib. Öz bacarıq və peşəkarlıqları ilə seçilən yelkənçilərimiz Murad Hacı-Zadə və Ayla Babayeva 450 idmançı ilə "Qızıl Qrup”da yarışmaq imkanı əldə ediblər. Yelkənli İdman Federasiyasının gənc idmançılarının peşəkar yelkənçilərlə bir qrupda yer alması beynəlxalq səviyyəli məşqçilərin xüsusi diqqət və rəğbətilə qarşılanıb.

"Laser” sinfi üzrə yarışan yelkənçilərimiz Murad Allahverdi və İsmayıl Kərimov 3 yarışda iştirak edərək yüksək bacarıq nümayiş etdiriblər.

Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir.

Xatırladaq ki, yelkənçilərimiz bundan əvvəlki yarışlarda da uğurla çıxış edərək ölkəmizin adını daim uca tutublar. Bu ilin əvvəllərində Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası Omanda "Optimist” və "Laser” sinifləri üzrə təşkil olunan "Mussanah Race Week 2019” turnirində mükafatçılar sırasına düşməklə növbəti dəfə onlara göstərilən etimadı doğruldublar.

Ötən il Qazaxıstanın Aktau şəhərində keçirilən "Beynəlxalq Xəzər Kuboku” yarışında kişi idmançılarımız birinci və üçüncü yerlərdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar.

Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən "Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasında 4-cü yerdə qərarlaşaraq yüksək nəticə göstərmişdi.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM