24 Aprel 2019 00:47
705
SİYASƏT
A- A+

BDU-da “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib


Bakı Dövlət Universitetində (BDU) "Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev uydurma soyqırımı iddiasının heç bir əsasa malik olmadığını, ermənilərin tarixi hadisələri saxtalaşdıraraq bundan daim türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib. O qeyd edib ki, erməni diasporu qondarma erməni soyqırımı məsələsində aldıqları dəstək nəticəsində hər dəfə daha da azğınlaşır və prosesi daha böyük miqyasda həyata keçirməyə çalışır. Lakin faktlar və tarixi mənbələr bu iddiaların cəfəngiyyatdan başqa bir şey olmadığını göstərir. Son illərdə Azərbaycan dövlətinin seçdiyi diplomatik hücum taktikasının müsbət nəticələrindən, ermənilərin mövqeyinin gündən-günə zəifləməsindən danışan rektor bütün bu nailiyyətlərin kökündə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin dayandığını qeyd edib. Dövlət başçısının bu siyasətinin, eyni zamanda, sevincli və kədərli günümüzdə bizimlə olan dost və qardaş Türkiyə ilə bağlı olduğunu bildirən rektor dəfələrlə arxivlərin açılması çağırışının edilməsinə baxmayaraq, ermənilərin bu məsələdən yayındıqlarını əslində soyqırımı faktının olmamasına sübut kimi dəyərləndirib.

Tədbirdə Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli "24 aprel - uydurma erməni soyqırımının ifşası” mövzusunda məruzə edib. O, qondarma erməni soyqırımının Osmanlı Türkiyəsində yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən əsassız iddia olduğunu bildirib. Qərb dövlətlərinin Osmanlını aradan qaldırmaq üçün hazırladıqları hərbi-təcavüzkarlıq planlarından danışan Atamoğlan Məmmədli Qafqazda Eçmiədzin kilsəsinin fəal iştirakı ilə erməni terrorçu ünsürlərinin təlimat və silahlarla təchiz edilərək Şərqi Anadoluya göndərilməsindən, Osmanlı dövlətində müxtəlif millətlərə və dinlərə münasibətdən bəhs edib. Böyük dövlətlər tərəfindən Osmanlının daxili işlərinə qarışmaq planları haqqında məlumat verən Atamoğlan Məmmədli bu istiqamətdə osmanlı vətəndaşları olan ermənilərdən və Rusiyadan gəlmə erməni terrorçularından istifadə olunduğunu vurğulayıb. O, "Hınçaq” və "Daşnaksütyun” terror təşkilatlarının pozuculuq fəaliyyətləri barədə də danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov isə ermənilərin guya soyqırımına məruz qalmaları barəsində əsassız iddiaları və onların mahiyyəti barədə fikirlərini bölüşüb. O deyib: "Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədib, əhali ilə qeyri-insani davranıblar. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı olmayıb”. Professor Elçin Əhmədov bildirib ki, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video