Alternative content

23:01 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveçrə portalı ermənilərin törətdiyi qırğınlardan yazır
İsveçrə portalı ermənilərin törətdiyi qırğınlardan yazır
ANA SƏHİFƏ / SİYASƏT
00:46 24.04.2019


İsveçrənin "www.zeitung.ch” portalında "Əmin-aman dünya üçün ümidlər” sərlövhəli yazı yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, 24 aprel - qondarma "erməni soyqırımı” qurbanlarının anım günü ərəfəsində yayılan yazıda əslində soyqırımının kimlər tərəfindən törədildiyi faktların dili ilə təqdim edilir.

1918-ci ildə erməni millətçilərinin "Böyük Ermənistan” yaratmaq xülyası ilə Bakıda və Azərbaycanın digər regionlarında dinc əhaliyə divan tutması barədə məlumat verilir. Məqalədə inqilabi ideyalar pərdəsi altında Bakı Sovetinin sədri Stepan Şaumyanın sərəncamında olan altı min əsgərin "Daşnaksütyun” partiyasının minlərlə üzvü ilə birlikdə qırğınlar törətməsindən bəhs olunur. Məqalədə, həmçinin 1918-ci il hadisələrini öz gözləri ilə görən müxtəlif şəxslərin xatirələrindən iqtibaslar gətirilir, rəsmi sənədlər əsasında Azərbaycanın müxtəlif mahallarında ermənilər tərəfindən məhv edilən kəndlərin sayı göstərilir.

Qeyd edilir ki, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən və "Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan mütəşəkkil erməni dəstələri öz havadarlarının köməyi ilə minlərlə azərbaycanlını qətlə yetirib. 1918-ci ilin təkcə mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 mindən çox insan öldürülüb. Buna görə də 31 mart Azərbaycan parlamentinin qərarı ilə Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Yekunda qeyd edilir ki, bütün bu baş verənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün bütün formaları nəzərdən keçirməyə və sülh yolu ilə həllin tapılması üçün yeni impulslar axtarmağa əsas verir. Ermənistan ordusunun işğal etdiyi əraziləri tərk edəcəyi təqdirdə vətənindən qovulmuş və məcburi köçkünə çevrilmiş azərbaycanlılar əsrlərboyu olduğu kimi yenidən ermənilərlə dinc birgəyaşayışa hazır olacaqlar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM