Alternative content

23:02 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir əsrdən çox faşizmin girovluğunda
Bir əsrdən çox faşizmin girovluğunda
ANA SƏHİFƏ / SİYASƏT
00:46 24.04.2019


Və ya "əzabkeş” erməni xalqı kimin təcavüzünə məruz qalıb


Zaman bəzən bulandığı kimi, durulmaq, həqiqətləri aydınlaşdırıb üzə çıxarmaq gücünə də qadirdir. Bu baxımdan tarixə xalqının adını əzabkeş və zavallı millət kimi həkk etməyə əlləşən erməni millətçilərinin nimdaş siyasi libasının üzü və astarı arasındakı fərqləri bir daha nəzərdən keçirmək məcburiyyətindəyik. Artıq dəbdən düşən, müxtəlif siyasi pinələrlə yamanan bu libasın zahiri görünüşünə hamımız kifayət qədər yaxşı bələdik. Erməni millətçiləri onilliklərdir türklər tərəfindən soyqırımına məruz qalmış zavallı və məzlum xalq obrazını usanmadan oynamağa cəhd edirlər.

Bu ilin əvvəlində Fransanın Prezidenti Emmanuel Makron Erməni Təşkilatlarının Koordinasiya Şurasının ziyafətində ölkəsində "erməni soyqırımı”nın qeyd olunacağını bildirmiş və bəyan etmişdir ki, ermənilərin genosidi bizim yaddaşımızın bir hissəsini təşkil etdiyi üçün onu hörmətlə anacağıq. Əslində Makron "yaddaşımızın bir hissəsi” ifadəsi əvəzinə "günahımızın bir hissəsi” desəydi, məntiqə daha uyğun olardı.

Dünya erməni lobbisi bu məsələni bütün dövlətlərin parlamentlərinin müzakirələrinə çıxarmağa cəhdlər edir, bu istiqamətdə cidd-cəhdlə çalışmaqdan yorulmur. Amma məntiqi baxımdan adamı heyrətləndirən odur ki, nə üçün erməni lobbisi də, onu dəstəkləyən dövlətlər də bu "soyqırımını” tanıyanda qanuni yolu seçmirlər? Bu yolun nədən ibarət olduğunu rusiyalı politoloq Andrey Yepifantsev belə izah edir: "Beynəlxalq hüququn tələblərinə əsasən, milli zəmində törədilən cinayətin soyqırımı olub-olmaması barədə yalnız Haaqadakı beynəlxalq məhkəmə qərar çıxarmaq səlahiyyətlərinə malikdir. Nə Ermənistan dövləti, nə də erməni diasporu bu məhkəməyə bir dəfə də olsun müraciət etməmişdir. Niyə? Ona görə ki, onlar bu genosidi hüquqi və tarixi faktlar və terminlərlə sübut edə bilməyəcəklər. Onu da bilmək lazımdır ki, bütün beynəlxalq məhkəmələr - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Fransanın Ədliyyə Məhkəməsi və s. erməni diasporunun bu məsələni qaldırmaq istəklərini rədd ediblər. Son zamanlar keçirilən üç belə məhkəməni isə erməni tərəfi uduzub”.

Problemin qanuni həllinə məhəl qoymadan ayrı-ayrı ölkələrin parlamentlərinin "erməni soyqırımı”nı tanıması və Türkiyəni əsassız ittiham etməsi sadəcə erməni millətçilərinə dəstək verməkdən daha çox bu ölkəyə siyasi təzyiq göstərmək, beynəlxalq aləmdə onu nüfuzdan salmağa çalışan qüvvələrin əks-hücumudur.

İliyinədək faşizm ideyaları ilə zəhərlənən erməni millətçiləri İrəvanda və gücləri, imkanları çatan istənilən ölkədə uydurma "erməni soyqırımı”nın növbəti ildönümünü yenə də təntənəli hüzn mərasiminə çevirməyə cəhd ediblər. Dünya ictimaiyyətinin məşhur simalarını, tarixçiləri, tədqiqatçıları, bir sözlə, tərəflərinə çəkdikləri, aldatdıqları və erməni diasporunun puluna satın aldıqları yüzlərlə məşhura söz verəcəklər. Deyilənlər və çəkilən görüntülər yenidən tirajlanacaq, kitablara, verilişlərə və filmlərə çevriləcək.

Sadə bir sual vermək istərdik: əgər yalan ayaq tutub yerimirsə, erməni siyasi təbliğat maşını hansı qüdrətə malikdir ki, bu yalanlara qoltuq ağaclarına söykənən əlillər kimi dirənib bütün dünyanı yüz ildən artıq olmayan soyqırımına inandırmağa çalışır, dinləyənləri gildir-gildir ağlada bilir?! Özü də elə-belə yox, zülüm-zülüm elə ağladırlar ki, hamı "doğrudan da” "zavallı” erməni xalqının uydurma yalanlarına az qalır inansın.

Qucaq-qucaq romanlar yazılır, tarixi araşdırmalar uydurulur, saxta süjetli bədii və sənədli filmlər çəkilir. Dərc olunan publisistik cəfəngiyatın, keçirilən canlı efirlərin, debatların isə sayı-hesabı yoxdur. Bu məqsədlərə xərclənən pulların qədəri yüz milyonlarla ölçülür. Adını, imzasını icarəyə verən tapılan kimi erməni millətçiləri onun yerinə də yazacaqlar, kitabını nəşr edəcəklər, elmi ad verəcəklər, qonorarını ödəyib tirajlayacaqlar. Erməni xalqının "zavallı və əzabkeş brendi”nin formalaşmasında böyük güclər daha fəal iştirak edir, dəstək verirlər. Bir az dərinə gedəndə aydın başa düşüləni odur ki, "zavallı, əzabkeş” brendi erməni xalqına zərrəcə lazım deyil. Əksinə, erməni xalqını faşizmin quluna, köləsinə çevirənlərə daha çox lazımdır.

Əslində erməni xalqı ona görə əzabkeş deyil ki, "soyqırımı”na məruz qalıb. Ona görə əzabkeş və məzlum xalqdır ki, erməni millətçilərinin və erməni faşistlərinin əsarətində olduğunu anlamaq iqtidarında deyil. Bu xalqı xaricdə təmsil edən diaspor üzvləri uzun illər terrorizmlə məşğul olub, bütün dünyada terroru dəstəkləyiblər. Bütün supergüclərin xüsusi xidmət orqanları ilə əməkdaşlığa gediblər. Məqsədləri erməni xalqına azadlıq gətirmək yox, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etmək və Qafqazda Türkiyəyə qənim kəsilən istənilən dövlətlə əməkdaşlığa getmək olub.

Artıq erməni cəmiyyətində gec də olsa baş verən müəyyən canlanmalardan aydın olur ki, ölkədəki siyasi ideologiyanın və aramsız olaraq uydurulan yalanların onları uçurumlara sürüklədiyini dərk edirlər. Məsələn, elə rusiyalı politoloq, Ermənistan reallıqlarını bütün siyasi istiqamətlərdə araşdıran mütəxəssis Oleq Kuznetsov dəfələrlə bəyan edib ki, Ermənistanda nasizm dövlət səviyyəsində qələbə çalmışdır. Maraqlır ki, keçmiş prezident Sarkisyanla Paşinyan arasında siyasi mübarizə qızışanda rəqiblərdən biri o birini Rusiyanın agenti olmaqda ittiham edirdi. Qarşı tərəf də borclu qalmırdı və cavabında rəqiblərinin Qərbə işlədiklərini bəyan edirdi. Kənardan bu mübarizəni müşahidə edənə elə gəlirdi ki, rəqiblər ölkənin mənafeyini deyil, sanki əməkdaşlıq etdikləri supergüclərin maraqlarını qorumağa çalışırlar.

Rusiya siyasi mühitində Qafqaza fərqli, yeni baxış bucağından nəzər salan politoloqlar bu ölkədə erməni milli ideologiyasının sexakronizm - Qaregin Njdenin işləyib hazırladığı nəzəriyyə olduğunu başa düşürlər. "Biz dövlət quruculuğunda Hitlerdən öyrənməliyik” deyən Njde son illər erməni siyasi elitasının bütünə çevrilmişdir. Ona İrəvanda ucaldılan abidə, nəzəriyyəsinin təbliği və öyrənilməsi bizə belə qənaətə gəlməyə əsas verir ki, qonşu dövlət uzun müddət faşist ideologiyasının təsiri altında qala bilər. Avropanın aparıcı dövlətlərinin bu tendensiyaya məhəl qoymaması, Türkiyəyə qarşı ittihamlar sərgiləməsi bütün dünyadakı demokratik proseslər üçün təhlükə doğurur.

Erməni xalqı mahiyyət etibarilə uydurma soyqırımının yox, yüz ilə yaxın onlara hakim kəsilən, yüz minlərlə sadə ermənini türkə qarşı nifrətin zirvəsində kükrədən, əsarətdə saxlayan faşist ideologiyasının qurbanıdır. Elə bu da "əzabkeş erməni brendi”nin astarı, iç üzüdür.

Politoloq Fuad Axundov belə hesab edir ki, sexakronizm ideyası Alman Nasional Sosialist Fəhlə Partiyasının manifestinin surətidir və çoxlu ümumi cəhətlərə malikdir. Alman faşistləri yəhudilərə, erməni nasistləri isə türklərə qarşı eyni dərəcədə amansızlıq nümayiş etdiriblər. Hitler böyük şəhərləri yer üzündən silə bilməsə də, ermənilər İrəvan qalasını məhv ediblər. Almanlar monoetnik dövlət yarada bilməsələr də, nasist Ermənistanı Qafqazda bunu bacarıb və hətta almanlardan fərqli olaraq, bütün yaşayış məskənlərinin adını da dəyişib. Faşist ideologiyası erməni siyasi partiyalarının iliyinə elə hopub ki, keçmiş baş nazir Semyon faşizm ideyasını Mussolininin ermənilərdən oğurladığını deyib. Hitlerin əsabələri almanlarla yəhudilərin, erməni nasistləri də ermənilərin azərbaycanlılarla birgə yaşamasını qeyri-mümkün sayırdı.

Yekunda aydın olan odur ki, erməni xalqı türklər tərəfindən soyqırımına məruz qalmayıb. Bu xalqın məruz qaldığı əsl genosid onların yüz ildən artıq erməni nasistlərinin əsarətinə düşməsidir. Əgər dünya Qarabağ probleminin həllinin marağındadırsa, öncə Ermənistanda faşizmin mövcudluğunu etiraf etməli, onun dayaqlarını məhv etməlidir.

Bir məsələyə də diqqət yetirməliyik. Erməni millətçilərinə görə, kim Türkiyə ilə düşməndirsə ermənilərin dostudur, yaxud əksinə. Bu üzdən Rusiya ilə Türkiyə yaxınlaşandan sonra erməni millətçiləri Qərbə üz çevirib.

Ermənistanı nasizmdən xilas etmək mümkün olacaqmı? Paşinyan erməni milli qəhrəmanlarının adını sadalayarkən Njdenin adını çəkmədi. Xocalı faciəsinin ildönümündə 150 erməni Xocalıda törədilən soyqırımına görə üzr istədi. Bunlar yenilikdir, lakin dönüş deyil.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM