23 Aprel 2019 20:47
1093
Elm və texnika
A- A+

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub


Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, aprelin 23-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas informasiya təminatçısı Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).

Tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, görkəmli ədib, şair və mütəfəkkirlərin əsərlərinin hər iki xalqın dilinə tərcümə olunaraq yayılmasının münasibətlərimizin daha da inkişafına xidmət etdiyini bildirib.

Kitabın tərcümə və nəşrini həyata keçirən "Azərbaycan aləmi” Mədəniyyət Mərkəzinin sədri Şəfəq Yusifova Mir Cəlal Paşayev yaradıcılığından söz açıb. Bildirib ki, kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd yerli oxucuları ədibin yaradıcılığı ilə tanış etməkdir.

Şəfəq Yusifova kitabın Gürcüstanda maraqla qarşılanacağına və gürcü oxucular tərəfindən çox seviləcəyinə ümidvar olduğunu vurğulayıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələrin inkişafına kömək etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında görkəmli ədibin əsərinin onun ad günü ərəfəsində gürcü oxucuları üçün tərcümə edilməsini tarixi hadisə adlandırıb. Bildirib ki, bu cür tədbirlər, təkcə mədəniyyət sahəsində deyil, bütün istiqamətlərdə əlaqələrin inkişafında mühüm rol oynayır.

Deputat Mahir Dərziyev Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Bakıda ali təhsil aldığı dövrdə M.C.Paşayevdən ustad dərsləri aldığını bildirib.

"Georgian Times Holding”in prezidenti Malxaz Qulaşvili Mir Cəlal Paşayev haqqında məlumatlı olduğunu, onun əsərlərini maraqla oxuduğunu bildirib. Qeyd edib ki, zəngin dünyagörüşünə malik ədibin "Bir gəncin manifesti” povesti dərin məzmunu və oxunaqlığı ilə gürcü oxucuların xoşuna gələcək.

Digər çıxış edənlər "Bir gəncin manifesti” əsərinin gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirib, yeni kitabın Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini bildiriblər. Kitabın gürcü oxucularının Mir Cəlal Paşayevin yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradacağı xüsusi qeyd edilib.

Əsəri gürcü dilinə İmir Məmmədli tərcümə edib. Kitabın redaktoru Mirzə Məmmədoğludur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video