Alternative content

03:42 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət
Dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət
ANA SƏHİFƏ / Səhiyyə
20:39 23.04.2019


Həkim dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət verib. Bu məsləhətlər vaxtaşırı təzyiqin qalxması ilə müşayiət olunan zəif hipertoniya hallarında effektlidir. Əgər hipertoniya ciddidirsə, o halda bu məsləhətlərə dərman müalicəsinin uyğunlaşdırılması ilə riayət etmək lazımdır.

Son zamanlar təzyiqin aşağı salınmasında dərmansız üsullara üstünlük verilməsi barədə söhbətlər tez-tez eşidilir. Rusiyalı mütəxəssis, terapevt-kardioloq Olqa Aleksandrova bildirib ki, bu üsullar orta və ağır hipertenziyalar zamanı dərmanı əvəz edə bilməz. Bununla yanaşı, dərman vasitələri ilə uyğunlaşmada onlar yenə də aktualdır.

AZƏRTAC"MedikForum”a istinadla bu barədə xəbər verir.

DASH-pəhriz.Qidalanmanın bu növü təzyiqi aşağı salma vasitəsi kimi Ürək və Ağciyər Xəstəlikləri Milli İnstitutu tərəfindən qəbul edilib. Pəhrizin böyük hissəsini tərəvəz və meyvə, kəpəkli taxıl məhsulları təşkil edir. Bu zaman qırmızı ət və şirniyyatların qəbulu xeyli azaldılır. Həmçinin yağsız süd məhsulları, quş və balıq əti qəbul etmək məsləhətdir. DASH-pəhrizin köməyi ilə orta hipertoniyalı pasiyentlərin təzyiqini 14 gün ərzində normallaşdırmaq mümkündür.

Fiziki aktivlik.Həkim təzyiqin nəzarətdə saxlanılması üçün ən sadə və effektli üsul kimi orta tempdə kardioyüklənmələrdən (piyada gəzmək, rəqslər, lift əvəzinə pilləkəndən istifadə etmə) istifadə etməyi məsləhət görür.

İstirahət.Sağlamlıq üçün sərbəstlik anları, mühafizəkar hadisə və işlərdən uzaqlaşmaq çox vacibdir. Elə hərəkət etmək lazımdır ki, qısa müddətdə öz fikrindən əl çəkməyə, emosional şəkildə "yüklənmə”yə nail olasan. Məsələn, həkimin sözlərinə görə bu məqsədlər üçün meditasiya, təkbaşına gəzinti daha uyğundur.

Bədən çəkisinə nəzarət.Artıq çəkidə, xüsusən onun yüksək əmsalı zamanı arıqlamaq mütləqdir. Tosqunluq praktik olaraq yüksək təzyiqi təmin edir.

Həkim, həmçinin alkoqoldan imtina etməyi və duzdan minimum istifadəni tövsiyə edib. Aleksandrova xatırladıb ki, yüksək təzyiq zamanı alkoqol insult əmələ gətirə bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM