23 Aprel 2019 20:37
474
SİYASƏT
A- A+

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub


Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bu gün Türkiyə Böyük Millət Məclisinin 99-cu ildönümünün qeyd olunduğunu vurğulayıb. TBMM 1920-ci il aprelin 23-də Ankarada fəaliyyətə başlayıb. Bu tarix həm də Uşaq Bayramı Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Səfir bildirib: "Bu, çox sevindirici haldır ki, bu gün Türkiyəyə məxsus bayramı məhz Azərbaycanda türkiyəli və azərbaycanlı uşaqlarla birlikdə qeyd edirik. Bu bayram müstəqil və demokratik Türkiyə üçün çox önəmli bir bayramdır”.

Türkiyə səfirliyinin təhsil müşaviri Mahmud Əyirməndə bu günün tarixi önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu, tarixi əhəmiyyət kəsb edən böyük bayramdır. "Türkiyə dünyada yeganə ölkədir ki, 23 aprel tarixi Uşaq Bayramı Günü kimi qeyd edilir. Mustafa Kamal Atatürkün öz çıxışlarında "Türkiyənin gələcəyi uşaqlardan asılıdır” deməsi bu bayramın dövlət üçün əhəmiyyətli olduğunu göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də hər zaman söyləyirdi ki, Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan uşaqların əlində olacaq”,- deyə nazir müavini vurğulayıb.

Firudin Qurbanov bildirib ki, 99 il ərzində Türkiyə böyük inkişaf yolu keçib. Qardaş Türkiyə dünyada çox güclü bir dövlət kimi özünü təsdiq edib. Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən nazir müavini əlavə edib ki, ölkələrimiz xoş və çətin günlərdə daim bir-birlərinin yanındadırlar.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video