Alternative content

03:41 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:30 23.04.2019

Bakıda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədilə Respublika İnnovasiya Müsabiqəsinin keçirilməsi və bu istiqamətdə müsabiqənin təşkili ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 3-cü ildir keçirilən Respublika İnnovasiya Müsabiqəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, "Ernst and Young" şirkətinin Azərbaycan filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilir.

Qiymətləndirmə Komissiyasının sədri, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkədə innovativ inkişafın təmin edilməsi və innovasiya ekosisteminin qurulması istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini, innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İnnovasiya Strategiyasının layihəsinin hazırlandığını və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən müəyyən edilmiş meyarlara cavab verən startaplara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən "Startap" şəhadətnaməsinin verilməsi də bu istiqamətdə atılmış addımdır.

Nazir müavini BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Strateji Yol xəritələrinin icrasına dəstək məqsədilə təşkil olunan innovasiya müsabiqələrinin ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbir olduğunu vurğulayıb.

İclasda 3-cü Respublika İnnovasiya Müsabiqəsinə qəbul ediləcək layihələrin meyarları, layihələrin dəstəklənməsi və digər həvəsləndirici tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, müsabiqə çərçivəsində 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcək "STARTUP Day" proqramına, seçilən daha 3 layihə isə 4 aylıq intensiv proqrama cəlb olunacaq. Bundan başqa, fərqlənən 1 və ya 2 layihə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nda iştirak etmək hüququ qazanacaq. Eyni zamanda, müsabiqənin qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiya Agentliyinin "Fast Track Azərbaycan" proqramına dəvət və Data Mərkəzinin "Cloud4Start" mükafatını (3000 manat) qazanacaq.

İclasda 3-cü müsabiqəyə təqdim olunacaq innovativ layihə istiqamətləri təsdiq olunub. Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin bu ilin mayında elan edilməsi nəzərdə tutulur. Respublika İnnovasiya Müsabiqəsi üçün layihələrin qəbulu iyuladək davam edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM