23 Aprel 2019 20:28
702
İDMAN
A- A+

“Red Bull” pilotu: Bakıda adrenalin yüksəlir, amma səhv etmək olmaz


"Red Bull” komandasının pilotu Pyer Qasli bildirib ki, Formula 1 Azərbaycan Qran-Prisini səbirsizliklə gözləyir.

AZƏRTAC xəbər verir ki, Pyer Qasli deyib: "Mən həmişə Qran-Pri uik-endini səbirsizliklə gözləyirəm. Dördüncü Qran-Priyə hazırlaşıram, artıq biz Avropaya qayıdırıq.

Həqiqətən də yürüşdən əvvəl həyəcan keçirirəm, çünki Bakıdakı küçə trasıdır. Bu cür traslarda çıxış etmək hər zaman çətindir, səhvə yol vermək olmaz. Bu cür yürüşlərdə pilotlar üçün çox yaxşı olan adrenalin səviyyəsi yüksəlir. Trass özü yüksək səviyyəlidir və pilotların ustalığı kontekstində çox tələbkardır. Bu trekdə çoxlu sayda ötüb keçmə zonaları olan ən uzun düz yol var və bu səbəbdən yürüş həddindən artıq maraqlı olur.

Mən Bakıda Formula 2 yürüşlərində sonuncu yerdən başlamışam. Həmin vaxt Covinatsi ilə sonunadək mübarizə apardıq və nəticədə mən ikinci oldum. Tədricən inkişaf edirəm. Çində öz hesabıma ən sürətli dairə yazmaq əla olardı. Növbəti uik-endin hansı nəticələr verəcəyini isə görəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video