23 Aprel 2019 17:27
675
DÜNYA
A- A+

Londonda 1000 nəfərdən çox fəal tutulub


Londonda aprelin 15-dən bəri 1000-dən çox ekoloji fəal tutulmuşdur. Onlar etiraz aksiyaları zamanı asayişi pozmaqda ittiham olunurlar. Saxlanılanlardan 53-nə qarşı ittiham irəli sürülmüşdür. Bu barədə Skotland-Yard özünün Twitterdəki səhifəsində məlumat vermişdir.

Artıq ikinci həftədir ətraf mühit müdafiəçiləri Britaniya paytaxtının müxtəlif rayonlarında mitinq keçirirlər. Onlar havanı çirkləndirməyə etiraz əlaməti olaraq nəqliyyatın hərəkətini dayandırırlar. Polis asayiş keşikçilərinin tələbi ilə yoldan çıxmayanları saxlayır, lakin fəallar buraxıldıqdan sonra geri qayıdıb etirazlarını davam edirlər.

Mitinqlərin təşkilinə cavabdeh olan "Extinction Rebellion” ekoloji təşkilatı xəbərdarlıq etmişdir ki, hakimiyyət orqanları danışıqlara getməsə, şəhərdə iğtişaşlar genişlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video