Alternative content

21:23 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsuda zəlzələnin fəsadları aradan qaldırılır: 47 ev tikilir, 37 evin isə söküntüsü başa çatıb
Ağsuda zəlzələnin fəsadları aradan qaldırılır: 47 ev tikilir, 37 evin isə söküntüsü başa çatıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:37 23.04.2019

Ağsu rayonunda fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Zəlzələdən sonra Prezident İlham Əliyevin rayona səfəri, vəziyyətlə yerindəcə tanış olması, sakinlərlə görüşü və əlaqədar qurumlara verdiyi konkret tapşırıqlar artıq öz nəticəsini göstərir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən son məlumatda bildirilir ki, hazırda rayonda 28-i Ağsu şəhərində, 19-u isə kəndlərdə olmaqla, 47 ev tikilir. 37 evdə söküntü işləri başa çatdırılıb.

İndiyədək zəlzələdən zərər çəkmiş evlərlə bağlı 2473 müraciət daxil olub, 2343 müraciətə baxılıb. 350 qəzalı ev müəyyən olunub. Habelə, 417 evdə bərpa-gücləndirmə, 1517 evdə isə təmir işlərinin aparılması qərara alınıb.

Hazırda müraciətlərə görə evlərə baxış davam etdirilir. Sakinlər zəlzələnin onlara vurduğu zərərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərə, Prezident İlham Əliyevin bununla bağlı diqqət və qayğısına görə dövlətimizin başçısına minnətdarlıq edirlər. Ağsu şəhər sakini Həcər Zamanova AZƏRTAC-ın müxbirinə deyib: "Şəhid anasıyam. Oğlum Adil Zamanov 1993-cü ildə erməni quldurlarına qarşı döyüşdə şəhid olub. Fevralda baş verən zəlzələ evimi yararsız vəziyyətə saldı. Köməksiz vəziyyətdə idim, nə edəcəyimi bilmirdim. Lakin dövlətimizin, Prezidentimizin bizə kömək olacağına inanırdım. Belə də oldu. İlham Əliyev rayonumuza gəldi, bizimlə görüşdü, təsəlli verərək tezliklə təbii fəlakətin nəticələrinin aradan qaldırılacağını söylədi”.

Prezidentin tapşırığı və ayırdığı vəsaitlə Həcər nənənin ailəsi üçün də təzə ev tikilir. Buna görə dövlətimizin başçısına minnətdarlıq edən şəhid anası deyir ki, 4 otaqlı yeni evin inşası artıq başa çatmaq üzrədir. Tezliklə evə köçəcəkləri günü gözləyir. "Allah Prezidentimizin canını sağ eləsin! Bizi darda qoymadı. Çox böyük iş gördü, mənim kimi zəlzələdən zərər çəkən yüzlərlə ailəni sevindirdi. Buna görə dövlətimizin başçısına minnətdaram”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM