Alternative content

16:29 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub
Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub
ANA SƏHİFƏ / İDMAN
14:09 23.04.2019

Aprelin 26-28-də Bakıda keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə təminatı üçün zəruri tədbirlər görülüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, eləcə də beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

Həmçinin, "Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının mühafizəsi təmin edilib.

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Daha keyfiyyətli radiorabitə xidmətləri və TV yayımı üçün yüksək parametrlərə malik optik kabel və 500-dək radiotezlik nominalı ayrılıb.

Bu da yarışlar zamanı istifadə ediləcək radioelektron vasitələrinin, televiziya və FM radio proqramlarının maneəsiz işinə imkan verəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM