23 Aprel 2019 12:56
855
Təhsil
A- A+

IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri elan olunub


Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Göygöl, Samux, Şamaxı, Naftalan, Goranboy, Yevlax, Şəki, Qəbələ, Oğuz, Bərdə, Ağdam, Tərtər, Kürdəmir, Zərdab, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yerləşən ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-dənAZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər (39011 nəfər) DİM-in internet saytındahttps://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Xatırladaq ki, martın 3-də keçirilmiş imtahanın nəticələri aprelin 18-də DİM-in saytında yerləşdirilib. Lakin imtahanın nəticələrinə, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı azdır. Altı gün ərzində imtahanda iştirak etmiş 37434 nəfərdən 21492-si öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 9982 nəfər baxıb.

Dövlət İmtahan Mərkəzi abituriyentlərin, onların valideynlərinin, həmçinin müəllimlərin nəzərinə çatdırır ki, imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür. Şagirdlərin nəticələrinin təhlili onlara müvafiq fənlər üzrə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməkdə faydalı ola bilər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, frac{1}{3}, frac{1}{2}, frac{2}{3} və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl) şagirdlərin:

-xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və frac{10}{7}-a vurulur.

-Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.

-Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

Fənn

I mərhələ, test tapşırıqları

Maksimal

bal

Test tapşırıqların

sayı

Bal

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)

30

15 (6 açıq

+

9 qapalı)

·(2nd(açıq)

+

nd(qapalı))

Tədris dili (Azərbaycan dili, rus dili)

30

20 (10 açıq

+

10 qapalı)

2∙nd (açıq)

+

nd (qapalı)

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi;

nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) mayın 1-3-də və 6-7-də saat 10-dan 17-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Bu komissiyaya müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra aprelin 24-dən 26-dək və 29-dan 30-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Martın 17-də və 31-də keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video