Alternative content

08:41 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 500 milyondan çox insan Azərbaycanı izləyəcək
500 milyondan çox insan Azərbaycanı izləyəcək
ANA SƏHİFƏ / İDMAN
00:38 23.04.2019


Ölkəmiz növbəti dəfə dünyanın idman mərkəzinə çevrilir


Son illər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunun yüksəldiyini sübuta yetirir.

Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun diplomatik mərkəzinə çevirib. Hələ 7 il əvvəl "Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa mötəbər idman tədbirlərinə - "Bakı-2015” I Avropa Oyunlarına və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi.

Bu il isə paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını və eyni zamanda UEFA Avropa Liqasının finalını qəbul edəcək. Bunlara paralel olaraq bu mövsüm də daxil olmaqla 4 ildir Azərbaycan dünyanın bir nömrəli avtomobil yarışına - "Formula-1”ə uğurla evsahibliyi edir.


Azərbaycan yenə nümunə göstərir


Aprelin 26-28-də dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu müddətdə "Formula-1” Azərbaycan Qran-prisini 500 milyondan çox tamaşaçı izləyəcək.

"Formula-1” üzrə dünya çempionatı 1950-ci ildən keçirilir. Artıq 69 ildir ki, bu yarış böyük infrastruktura malik olan ölkələrdə təşkil edilir. Bu cür tədbirlərin şəhərin küçələrində keçirilməsi təcrübəsi mövcuddur və belə yarışlar Monako, İspaniya, Sinqapur kimi ölkələrdə baş tutur. Hər il təşkil olunan "Formula-1” yarışları ayrıca Qran-pri mərhələsindən ibarət olur və ilin sonunda həm pilotlar, həm də komandalar arasından qaliblər müəyyən edilir.

"Formula-1”in dünyada kifayət qədər azarkeşləri var. Bu nəzərə alınaraq Bakı Şəhər Halqasında da tamaşaçıların yarışı canlı və təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb. Bakı Şəhər Halqasının müxtəlif yerlərində tamaşaçı tribunaları quraşdırılıb. Bu mötəbər yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib.

Beləliklə, dünyanın ən böyük informasiya holdinqləri, eləcə də 100-dən çox ölkənin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1” yarışı barədə xəbərləri dünyaya yayacaqlar.


"F1”ə maraq böyükdür


Bakıda, sadəcə, möhtəşəm yarış keçirilməyəcək, həmçinin bu tədbir vasitəsilə paytaxtımız və ümumilikdə milli mədəniyyətimiz dünya ictimaiyyətinə təbliğ ediləcək. Azərbaycanın dünyada daha geniş səviyyədə tanıdılmasında bu tədbirin əhəmiyyəti çox böyükdür.

Modern üslubda hazırlanan instalyasiya şəhərin qonaqlarına və sakinlərinə "Formula-1”in builki mövsümünün 4-cü yarışı olan Azərbaycan Qran-prisinin başlamasına qalan vaxtı göstərir. Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyəti Azərbaycanda ilk dəfə keçiriləcək "Formula-1” yarışına diqqəti cəlb etməklə yanaşı, bu yarışa marağın artmasına kömək edir.


Ən sürətli şəhər treki


"Formula-1” üzrə dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində sürət həvəskarlarını möhtəşəm yarış gözləyir. Yarışların keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır və uzunluğuna görə dünyada ikincidir. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 km-lik dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq tribunalardan və ya televiziya qarşısında izləyən "Formula-1” azarkeşləri üçün əsrarəngiz bir şouya çevriləcək.

Yarış zamanı "Formula-1” pilotları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçəri şəhər tarix-memarlıq qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Layihənin müəllifi bütün müasir "Formula-1” treklerinin memarı olan Herman Tilkedir. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək.

Start və finiş xətti Azadlıq meydanında olacaq. Həmçinin burada "Formula-1” Paddok klubu, komandaların boksları və pit-leyn qurulacaq. 19 və 20-ci döngələrdən sonra 1500 metrlik məsafədə 340 km/saat sürət yığacaq pilotları kəskin döngə gözləyir. 90 dərəcəli sol döngədən sonra pilotlar 300 metrlik məsafədə görkəmli rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər.

2-ci döngədən sonra "Formula-1” bolidlərini trekin Xaqani küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar.

1-ci və 3-cü döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. 3-cü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaqlar. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşacaqlar. Bu düz yolun sol tərəfində Sahil bağı yerləşir. Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcəklər, kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər.

Növbə 5-ci və 6-cı döngəyə çatır. Bu döngələr pilotları Neftçilər prospektinin əksi istiqamətindəki yola yönəldəcəkdir. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə "Formula-1” bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq. Bununla da trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntüləri sona çatır. 7-ci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçəri şəhərin qala divarlarına yönələcəklər.

Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Trekin ən çox çətinliyə malik hissəsi 8-ci döngədən sonra başlayır. Bu döngədən sonra yol maksimal şəkildə daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir.

8-ci və 11-ci döngələr trekin İçəri şəhər ətrafındakı hissəsində yerləşir. Trekin bu hissəsində İçərişəhərin görüntüləri daha müasir küçələrlə davam edir.

13 və 14-cü döngələr kiçik bucaqlı olduğundan buradan pilotlar, demək olar ki, əyləc sistemindən istifadə etmədən keçəcəklər. 15-ci döngədən sonra pilotları kəskin eniş gözləyir. 16-cı döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Məhz bu küçədə 1-ci döngəyə tərəf sürətlənmə prosesi başlayacaq. Pilotlar yalnız 17 və 18-ci döngələrdə sürəti nisbətən azaldacaqlar. 19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən 1-ci döngəyə gəlib çatacaqlar.

Beləliklə, yalnız Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan "Formula-1” ilə uğur estafetini növbəti dəfə layiqincə davam etdirəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM