Alternative content

09:54 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tikinti bumu yaşanır
Tikinti bumu yaşanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:36 23.04.2019


Şamaxıda 66, Ağsuda 42, İsmayıllıda 20 yeni mənzil tikilir


Şimal bölgəsində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası işini davam etdirir.

Qəbul edilən müraciətlər bir-bir araşdırılır və problemlərin həlli ilə bağlı qərar verilir. Hazırda Şamaxı, Ağsu və İsmayıllı rayonlarında evi qəzalı duruma düşmüş sakinlər üçün yeni mənzillər tikilməkdədir. May ayında evlər sahiblərinə təhvil veriləcək.

Dövlət başçısının verdiyi tapşırıqların icrası ilə maraqlanmaq üçün Şamaxıya etdiyimiz səfər zamanı qarşılaşdığımız mənzərə bir daha deyilənləri təsdiq etdi. Rayonda sürətli tikinti-quruculuq işləri gedir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan xüsusi komissiyanın rəhbəri Kamran Əliyev deyir ki, artıq Şamaxıda 3 ev tikilərək sakinlərə təhvil verilib. Əlavə edək ki, zəlzələdən dərhal sonra fəsadların aradan qaldırılması və tikinti işlərinin aparılması üçün Prezident İlham Əliyev Ehtiyat Fondundan ümumilikdə 13 milyon manat vəsait ayırıb.

Hazırda isə FHN-in Şamaxı, Ağsu və İsmayıllı üzrə komissiyaları ciddi rejimdə çalışır. Kamran Əliyev deyir ki, komissiyaya Şamaxı üzrə 5498, Ağsu üzrə 2412, İsmayıllı üzrə isə 1272 müraciət daxil olub. Şamaxıda 5486, Ağsuda 2220, İsmayıllıda 1255 evə baxış keçirilib. Müəyyən edilib ki, Şamaxıda 270, Ağsuda 344, İsmayıllıda 112 qəzalı mənzil var. Şamaxıda 1257, Ağsuda 388, İsmayıllıda 389 mənzilin bərpasına və gücləndirilməsinə ehtiyac var.

Rayon mərkəzindəki müxtəlif küçələrdə aparılan tikinti-quruculuq işləri ilə tanış olduq. Bildirildi ki, hazırda 84 ev tamamilə sökülüb. 66 evin inşası davam edir. Ağsu rayonunda 70 ev sökülüb, 42 mənzil tikilir. İsmayıllı rayonunda isə hazırda 20 ev tikilməkdədir.

Sakinlər üçün tikilən yeni mənzillər əvvəlkinin sahəsinə uyğun inşa edilir. Əgər köhnə evin otaqlarının ümumi sahəsi 90 kvadratmetrə qədər olubsa, yerində ikiotaqlı, 90-dan 130 kvadratmetrə qədərdisə üçotaqlı, 150 kvadratmetrdən çox olubsa dördotaqlı yeni mənzillər tikilir. Hamam kompleksi isə vətəndaşların istəyinə uyğun inşa olunur. Yəni ya mənzilin daxilində, ya da həyətdə tikilir. Yeni mənzillər 9 bal gücündə zəlzələyə davamlı olacaq.

Rayon mərkəzindəki Şəhriyar, Fələki, Təbriz, Salman Mümtaz, Azadlıq və Səttar Bəhlulzadə küçələrində tikilən mənzillərdə son tamamlama işləri görülür. FHN-in əməkdaşları iş başındadırlar. Bəzi küçələrdə isə sökülən evlərin yerində yenisinin bünövrəsi qoyulur. Şahidlik etdiyimiz mənzərə onu deməyə əsas verir ki, burada yeni tikilən evlər qısa zamanda tam hazır olacaq.

Salman Mümtaz küçəsi ev 31-də yaşayan Vahid Şıxıyevin yeni mənzili tikilmək üzrədir. Hələ fevral ayında burada olarkən ev sahibi bizimlə söhbətində bildirmişdi ki, FHN onların mənzilinin tam yararsız olduğunu müəyyənləşdirib və ailələri üçün yeni ev tikiləcək.

İndi Vahid Şıxıyev sevinclidir. Çünki Prezident İlham Əliyev onun ailəsi üçün yeni və tam təmirli mənzil tikdirir. Köhnə evlərinin 1955-ci ildə inşa olunduğunu deyən ev sahibinin sözlərinə görə, dövlət onlara dördotaqlı yeni mənzil hədiyyə edəcək: "Dünyada belə bir təcrübə yoxdur ki, dövlət vətəndaşına ev tikdirsin, özü də tam təmirli. Bunu ancaq Azərbaycan Prezidenti İlham Əliyev edir. Ona görə ki, xalq hər zaman onu dəstəkləyir və dövlət başçısı da xalqa güvənərək böyük işlər görür. Ona görə də biz hər zaman hörmətli Prezidentə minnətdarıq. Allah cənab İlham Əliyevi Azərbaycanın üzərindən əskik etməsin. Ağır gündə, dar gündə hər bir vətəndaşa əl tutan Prezident hər ölkədə olmaz”.

Onu da əlavə edək ki, Prezident İlham Əliyev martın 7-də Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının da təməlini qoyub. Rayonun 20 Yanvar küçəsi ilə M.H.Şəhriyar küçəsinin kəsişməsində inşa olunan binada tikinti işləri sürətlə davam edir. Tikintiyə 50-yə yaxın işçi qüvvəsi və xeyli sayda texnika cəlb edilib.

Kamran Əliyevin sözlərinə görə, artıq binanın zirzəmisi və birinci mərtəbəsi hazırdır. Binanın digər hissəsinin isə bünövrəsinin dəmir-konstruksiya işləri görülür. Tezliklə burada da tikintiyə başlanılacaq.

Ümumiyyətlə, burada 44 mənzildən ibarət dördmərtəbəli bina tikiləcək. Digər evlər kimi, bu binada da bütün mənzillər zəruri infrastrukturla təchiz ediləcək. Mənzillərinin ümumi sahəsi 2947.2 kvadratmetr olan binada 4 ədəd birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil olacaq.

Bir ayda iki dəfə zəlzələ bölgəsinə səfər edən dövlət başçısı sakinlərlə görüşlərində bildirmişdi ki, bütün qəzalı evlər sökülərək yerində daha möhtəşəm evlər tikiləcək. Şamaxıda şahidi olduğumuz mənzərə onu deməyə əsas verir ki, təbii fəlakətdən əziyyət çəkən, ağır durumda olan hər bir vətəndaşın problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Tezliklə müvəqqəti sığınacaqlarda qalan ailələr yeni mənzillərinə köçəcəklər.

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM