Alternative content

09:55 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əzmkarlığın bəhrəsi
Əzmkarlığın bəhrəsi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 23.04.2019


Cəlilabadın yamyaşıl taxıl zəmiləri təkcə onu əkib-becərənlərin yox, rahat, dördzolaqlı Ələt-Astara magistral avtomobil yolu ilə gedib-gələnlərin də gözünü oxşayır. Yazın yağmurlu olması nəticəsində çöllərdə, düzlərdə bol yaşıl yem kütləsi əmələ gəlib.

Qoyun sürüləri, iribuynuzlu mal-qara həmin çəmənliklərdə otlayır. Bəzi ərazilərdə pambıq, bostan-tərəvəz əkinləri aparılır. İlin bu fəslində el arasında "təzə yol” deyilən yeni şose ilə hərəkət etmək sözün əsl mənasında adama ləzzət verir, gözümüz, ruhumuz dincəlir, rahatlıq tapır. Düşünürsən ki, 1994-cü ildə "Əsrin müqaviləsi” bağlanmasaydı, islahatlar həyata keçirilməsəydi, bugünkü inkişafdan, o cümlədən yeni Ələt-Astara magistral şose yolundan da söhbət açmaq qeyri-mümkün olardı. Təkcə bu yol deyil, respublikamızın şimal, qərb istiqamətlərinə gedən yollar da həmçinin. Rayonlararası, kəndlərarası yolların yenidən qurulması da bu qəbildəndir.


Zəmilər sünbül bağlayır


Taxılçılıq Cəlilabad rayonunun iqtisadiyyatında həmişə mühüm yer tutmuşdur. İndi də belədir. Keçən ilin payızında 54 min 908 hektara buğda, 4 min 500 hektara arpa və 3 min 200 hektara vələmir əkilmişdir. Bunların hamısı, demək olar ki, dəmyədir, yəni suvarılmayan torpaqlardır. Belədə məhsulun azlığı və ya çoxluğu təbiətdən asılı olur. Qış qarlı, yaz yağmurlu olanda məhsul bol olur. Düzdür, bu qışda Muğan ərazisində qar yağmadı, ancaq yaz uğurlu gəldi. Yağan yağışlar nəticəsində bitkilər sürətlə boy atmağa başladı. Üstəgəl hər bir fermer və torpaq mülkiyyətçisi mart ayında sahələrə bol məhsul üçün əsas şərt olan yemləmə gübrəsi verdi. Bu da, öz növbəsində, bitkilərin inkişafına müsbət təsir göstərmişdir. Mütəxəssislər deyirlər ki, yemləmə aparılmasının məhsuldarlığa çox xeyri olacaq. Hazırda seçmə üsulu ilə alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilir - zəmilərə herbisidlər çilənir. Mövcud vəziyyət rayon üzrə məhsulun keçən ildəkindən çox olacağını göstərir.


Üzümlüklər becərilir


Cəlilabadın torpağı üzümçülük üçün də əlverişlidir. Sovet dövründə burada min tonlarla üzüm yetişdirilirdi. Bu barədə çox deyilib. Lakin keçən əsrin 80-ci illərində keçmiş SSRİ-nin hər yerində olduğu kimi, buradakı üzüm bağları, şərab zavodları da dağıdılaraq məhv edildi. Respublikamız müstəqilliyini bərpa edəndən sonra sahənin inkişaf etdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilməyə başlanıldı. Rayona Fransadan mütəxəssislər gəldilər, ölkələrindəki məşhur üzüm sortlarının burada əkilib-becərilməsinə nəzarət etdilər, sınaqlar keçirdilər. Nəticə gözlənildiyindən qat-qat yaxşı oldu. Münbit torpaq, bol günəş enerjisi, gərgin əmək sayəsində salınan bağlar daha tez - 5 il əvəzinə 3 ilə bara düşdü. Fransız mütəxəssislər bunun öz ölkələrində mümkün olmadığını etiraf etdilər. Beləliklə, rayonda üzümçülüyün keçmiş şöhrətini qaytarmaq üçün tədbirlər həyata keçirildi və bu iş indi də davam etdirilir. Düzdür, üzümçülüyün əvvəlki səviyyəyə çatması üçün hələ çox iş görülməlidir, ancaq o da var ki, üzüm plantasiyaları ildən-ilə artırılır. Hazırda rayonda 1350 hektar üzüm bağı mövcuddur ki, bunun da 70 hektarı təzə salınıb. Keçən il həmin bağlardan 16 min 903 ton üzüm yığılıb. Rayonda texniki sortlarla yanaşı, kişmişi və digər süfrə üzümləri də yetişdirilir. Qarazəncir kəndində yenidən qurulan şərab zavodu müasir avadanlıqlarla təchiz edilib. Bağlardan dərilən üzümün müəyyən hissəsi burada emal olunur. Hazırda üzümlüklər xəstəliklərə qarşı xüsusi texnikalarla dərmanlanır.


Nübar kartof yığılır


Cəlilabad torpağında, demək olar ki, elə bitki növü yoxdur ki, yetişməsin. Sovetlər zamanında bitkilər planlı şəkildə yuxarıların göstərişi ilə əkilib-becərilərdi. Kartof yalnız Muğan və Maşlıq kəndlərinin həyətyanı sahələrində yetişdirilirdi. Torpaq islahatı həyata keçirildikdən sonra vəziyyət tamam dəyişdi. Hər kəs öz payına düşən və ya icarəyə götürdüyü torpaqda bazar iqtisadiyyatına uyğun olaraq əkin aparmağa başladı. Yeni iqtisadi şəraitdə mülkiyyətçi, fermer daha çox və keyfiyyətli kartof yetişdirmək üçün yüz ölçüb bir biçdi. Keyfiyyətli toxum tapmaq üçün müxtəlif ünvanlara baş çəkdi. Çəkdiyi zəhmət itmədi. Müqabilində yaxşı qazanc əldə etdi. Bu minvalla kartofçuluğa da meyil getdikcə artdı, əkib-becərənlərin sayı çoxaldı. Düzdür, elə il oldu ki, gəlirləri çəkdikləri xərci güclə ödədi. Lakin ruhdan düşmədilər. Nübar kartofu daha tez yetişdirməyin yollarını da aradılar. Polietilen örtüklərdən istifadə etmək qərarına gəldilər. Artıq cəlilabadlılar bu üsulla bir neçə ildir aprel ayının birinci ongünlüyündə kartof yığmağa nail olurlar. Bu il onlar 500 hektarda nübar məhsul yetişdirmişlər. Çıxarılan kartofun bir hissəsi daxili bazarlarda satılır, bir hissəsi Rusiya Federasiyasının müxtəlif şəhərlərinə göndərilir. Fermer alıcı axtarmaq qayğısından azaddır.

Həyətyanı sahələr də daxil olmaqla bu il rayonda 7 min hektara yaxın torpaqda kartof əkilmişdir. Sellofan altında əkilən kartof artıq yığılır. Faraş məhsulun çıxarılmasına isə may ayının 15-20-də başlanacaqdır.


Çiyələk gəlirli sahədir


9-10 ildir ki, Cəlilabad rayonunda çiyələk də əkilib-becərilir. Əvvəllər az sayda adam onu Göytəpə ərazisindəki torpaqlarda əkib faydasını götürdü. Bunu görüb digər sahibkarlar da çiyələk əkmək həvəsinə düşdülər. Taxıl, eləcə də kartof əkdikləri sahənin məhsulunu götürdükdən sonra payızda torpağın bir hissəsini çiyələk üçün hazırladılar. Bu iş getdikcə genişləndi. Onu əkib-becərənlər mütəxəssislərin rəylərini, təcrübəli sahibkarların fikirlərini öyrəndilər, internetdən faydalandılar. Amerika, Kanada, Türkiyə və digər ölkələrdən ən məhsuldar çiyələk sortlarının şitillərini əldə etdilər. İndi çiyələkçilik rayonda kənd təsərrüfatı məhsullarının yetişdirilməsində aparıcı sahələrdən birinə çevrilib. Keçən il rayon üzrə 420 hektar sahədən 3 min 872 kiloqram məhsul əldə olunmuşdur. Hər hektarın məhsuldarlığı 92,2 sentner təşkil edib. Bu il əkin sahəsi 427 hektardır. Daha tez məhsul yetişdirmək üçün sellofan örtüklərdən istifadə edilir. Bunu sahibkar Vüqar Mehdiyevin çiyələk sahəsində də gördük. Briqadir Fəxrəddin Qarayev dedi ki, 2 hektar çiyələk sahəsinin 40 sotunun üstü sellofanla örtülüb. Bu isə, öz növbəsində, məhsulun açıq havadakına nisbətən təxminən bir ay tez yetişməsinə imkan yaradır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov da söhbət zamanı dedi ki, Cəlilabad torpağı bərəkətlidir. Burada il ərzində torpağı 3 dəfə əkib-becərmək və məhsul əldə etmək olur. Bu il 250 hektarda sarımsaq, 11 hektarda kələm əkilmişdir. 665 hektarda müxtəlif meyvə ağaclarından ibarət bağ, 3 hektarda moruq sahəsi mövcuddur və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. 7 min hektarda isə yazlıq bitkilər üçün şum aparılmışdır. Rayonda bəzi bitkilər əkilmiş, bostan-tərəvəz üçün isə sahələr hazır vəziyyətə gətirilir.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM