23 Aprel 2019 00:34
1306
Qanunlar
A- A+

“Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741; 2004, № 12, maddə 973; 2006, № 11, maddə 932; 2012, № 7, maddə 650; 2016, № 12, maddə 2004; 2017, № 12, I kitab, maddə 2224; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1410-VQD nömrəli Qanunu) 4.1.4-cü maddəsindən "(mühasibat)” sözü çıxarılsın.

Maddə 2. "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406; 2016, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, I kitab, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389, № 12, I kitab, maddə 2466; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1415-VQD nömrəli və 1444-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 10.3.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bankın baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;

2.2. 31.2-ci maddəyə "mühasibat” sözündən sonra "uçotu” sözü əlavə edilsin;

2.3. 36.3-cü maddədən "maliyyə vəziyyəti haqqında məlumatı (sonuncu ay, rüb və il üçün mühasibat balansını, mənfəət və zərər haqqında hesabatı) və” sözləri çıxarılsın və həmin maddəyə "hesabat ili üçün” sözlərindən sonra "maliyyə hesabatlarını və” sözləri əlavə edilsin;

2.4. 43.2-ci maddədə "hesabatı” sözü "hesabatları” sözü ilə, "fəaliyyətini və maliyyə vəziyyətini” sözləri "maliyyə-təsərrüfat fəaliyyətini və maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları” sözləri ilə əvəz edilsin;

2.5. 43.3-cü maddədə "ayrıca olaraq və konsolidasiya əsasında fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatının” sözləri "ayrıca və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 43.4-cü maddə əlavə edilsin:

"43.4. Banklarda "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”.

Maddə 3. "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1411-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.1-ci maddədən "normativ” sözü çıxarılsın;

3.2. 4.4-cü maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;

3.3. 8.1-1-ci maddəyə "subyektləri” sözündən sonra "(kredit təşkilatları istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 4. "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281; 2016, № 12, maddə 1988; 2018, № 6, maddə 1170, № 12, I kitab, maddə 2478) 9.2.7-ci maddəsinə "mühasibat” sözündən sonra "uçotu” sözü əlavə edilsin.

Maddə 5. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771; 2017, № 5, maddə 740, № 7, maddələr 1302, 1309, № 11, maddələr 1951, 1958) aşağıdakı dəyişikliklər edilsin:

5.1. XI fəsil "Mərkəzi Bankda mühasibat uçotu, maliyyə hesabatları və audit” adlandırılsın;

5.2. 57-ci maddə üzrə:

5.2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Mühasibat uçotu və maliyyə hesabatları”;

5.2.2. 57.1-ci maddədə "hesabatı” sözü "hesabatları” sözü ilə əvəz edilsin;

5.2.3. 57.2-ci maddədə "hesabatının” sözü "hesabatlarının” sözü ilə əvəz edilsin və həmin maddəyə "digər məsələlər” sözlərindən sonra ", habelə Mərkəzi Bankın mühasibat uçotunun aparılması” sözləri əlavə edilsin.

Maddə 6. "Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1164; 2016, № 12, maddə 2015; 2017, № 6, maddə 1026; 2018, № 7, I kitab, maddə 1391) 18.2.5-ci maddəsinə "mühasibat” sözündən sonra "uçotu” sözü əlavə edilsin.

Maddə 7. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81, № 11, maddə 1291; 2016, № 6, maddə 1009; 2017, № 3, maddə 329; 2018, № 7, I kitab, maddə 1419) 12.4-cü maddəsinə "Mühasibat” sözündən sonra "uçotu” sözü əlavə edilsin.

Maddə 8. "Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 565; 2008, № 11, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4.1.2-ci maddədə "uçotu” sözü "uçotunun aparılmasının” sözləri ilə əvəz edilsin;

8.2. 8.3-cü maddədə "mühasibat (maliyyə)” sözləri "maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 9. "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 747; 2008, № 11, maddə 960; 2015, № 4, maddə 350; 2016, № 3, maddə 418; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1414-VQD nömrəli Qanunu) 3.1.2-ci maddəsində "mühasibat (maliyyə)” sözləri "maliyyə” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video