Alternative content

16:24 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vyetnam KİV-i OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
Vyetnam KİV-i OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
ANA SƏHİFƏ / SİYASƏT
00:32 23.04.2019


Vyetnamın kütləvi informasiya vasitələri aprelin 19-dan 21-dək Hanoyda AZƏRTAC-ın sədrliyi və Vyetnam Xəbər Agentliyinin (VNA) təşkilatçılığı ilə keçirilmiş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb.

AZƏRTAC xəbər verir ki, VNA, hökumətin rəsmi xəbər portalı Chinhphu.vn, Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı "Nhan Dan” qəzeti, Vietnam+, Phahluatplus.vn, Bacgiang.com.vn, Baotintuc.vn, La34.com.vn, Baolangson.vn, Quehuongonline.vn, Baobinhdinh.com.vn, Tapchithongtindoingoai.vn, Thethaovanhoa.vn, Danviet.vn, Daidoanket.vn, Vietnamnet.vn onlayn qəzet və nəşrləri, "Vietnam” jurnalı, VTV kanalı, "Nghe An” telekanalı, Vyetnam Xalq Ordusunun rəsmi qəzeti və digər KİV iclasın açılış mərasimi və gedişi, fotosərgi, Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phukun iclasın bir qrup iştirakçısını qəbul etməsi, iclas iştirakçılarının Vyetnamın Kuanqnin vilayətinə səfəri və vilayət hökumətinin rəhbəri Nquyen Duk Lonq ilə görüşlərinə dair geniş xəbərlər, reportajlar, analitik materiallar təqdim ediblər.

Vyetnam Xəbər Agentliyi və ingilisdilli gündəlik "Vietnam news” qəzeti OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə müsahibə əsasında hazırlanan materiallarda təşkilatın işində müşahidə olunan fəallıqdan söz açılıb. Qeyd olunub ki, AZƏRTAC-ın 2016-2019-cu illəri əhatə edən sədrliyi dövründə OANA-nın internet səhifəsində xəbər yerləşdirən agentliklərin sayı 8-dən 24-ə çatıb. Bundan başqa, AZƏRTAC-ın OANA-da daimi katibliyin və təlim akademiyasının yaradılması ilə bağlı təkliflərindən də söz açılıb.

Xatırladaq ki, OANA İcraiyyə Komitəsinin 44-cü iclasında Türkiyənin Anadolu, Rusiyanın TASS, Avstraliyanın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın İRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. İclasda OANA-nın cari məsələləri, media qarşısında duran çağırışlar, feyk xəbərlərlə mübarizə, faktların yoxlanması, agentliklərin üzləşdiyi problemlər müzakirə edilib, təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM