Alternative content

08:09 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
ANA SƏHİFƏ / Təhsil
00:31 23.04.2019


Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Bu məktəb Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq məktəbdə şagird kimi qeydiyyatdan keçib.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi - Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda, Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü olan təşkilatların sədr və nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Muradov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə açılan "Qarabağ” məktəbinin əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə "Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən sədr gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını bildirib.

O, eyni zamanda, Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən də danışıb.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu çıxışında qeyd edib ki, Nantda Azərbaycan məktəbinin açılması vacib və əhəmiyyətli addımdır. O bildirib ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və gələcəkdə məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində digər çıxış edənlər də Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu diqqətə çatdırıblar. Əminliklə qeyd ediblər ki, dövlət başçısı tərəfindən uğurla həyata keçirilən diaspor siyasəti sayəsində gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.

Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir ki, burada da ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb və gələcəkdə bu kitabxananın komitə tərəfindən daha da zənginləşdirilməsi nəzərdə tutulub.

Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, "Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM