Alternative content

16:23 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dövlətinin gücü qarşısında istənilən riyakar plan iflasa məhkumdur
Azərbaycan dövlətinin gücü qarşısında istənilən riyakar plan iflasa məhkumdur
ANA SƏHİFƏ / SİYASƏT
00:29 23.04.2019


Azərbaycan bu gün tarixinin əzəmətli dövrünü yaşayır. Davamlı sosial-iqtisadi yüksəlişə nail olması, regionun lideri statusunu qazanması, beynəlxalq məsələlərdə söz sahibi kimi çıxış etməsi, müstəqil və qətiyyətli xarici siyasət yürütməsi respublikamızı xarakterizə edən mühüm göstəricilərdir. Son bir il isə Azərbaycan müasir tarixini əlamətdar hadisələrlə bir qədər də zənginləşdirdi.

"Cənub qaz dəhlizi”nin və onun digər seqmentlərinin istifadəyə verilməsi Avrasiya regionunun enerji xəritəsinə əhəmiyyətli korrektlər edən mühüm hadisələr oldu. Artıq TAP kəmərinin insaşında son tamamlanma işləri aparılır və gələn ildən Azərbaycan qazı Avropa bazarlarına çatdırılacaq. Bununla da Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində mövqeləri daha da yüksələcək, Avropa İttifaqı ilə ölkəmizin münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq.

Azərbaycan təkcə neft-qaz deyil, nəqliyyat-tranzit imkanları baxımından da regionun aparıcı dövlətidir. Hazırda Şərqdən Qərbə və Cənubdan-Şimala əsas və ən sərfəli nəqliyyat yolları ölkəmizdən keçir. Respublikamızın malik olduğu nəqliyyat infrastrukturu yüklərin müxtəlif istiqamətlərdə ən qısa zamanda çatdırılmasında böyük rol oynayır. Xüsusən son dövrlərdə Azərbaycanın bu istiqamətdə potensialını artırması diqqəti daha çox cəlb edir. Hətta NATO-nun rəhbərliyi də Əfqanıstana və geriyə daşımalar zamanı istifadə etdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini təqdir edir.

Bütün bunlarla yanaşı, Azərbaycan dünyaya tolerantlıq və multikulturalizm nümunələrini, sabitliyin və əmin-amanlığın müasir modelini təqdim edir, mədəniyyətlər və sivilizasiyalararası dialoq qurur. Bakıda ən müxtəlif aktual mövzular ətrafında saysız-hesabsız mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, möhtəşəm idman yarışlarının, Avropa və dünya çempionatlarının təşkil edilməsi Azərbaycanın dünyaya verdiyi böyük töhfələrdir. Təbii ki, bütün bunlar respublikamızın imicinin yüksəlməsinə mühüm təsir edən məsələlərdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bir neçə il əvvəl baş vermiş qlobal iqtisadi problemdən də xilas oldu. Hazırda milli iqtisadiyyatımız yeni inkişaf göstəriciləri ortaya qoyur. Xüsusən vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı son dövrlər dövlət başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalandı. Lakin bu hələ son deyil, dövlət başçısının bu günlərdə qeyd etdiyi kimi, pensiya və əməkhaqlarının artımı davam edəcək.

Bütün bu uğurlu proseslərin fonunda diqqəti çəkən başqa bir mühüm məqam Azərbaycandakı möhkəm xalq-iqtidar birliyidir. Heç kim və heç bir qüvvə bu birliyi sarsıda bilməz. Respublikamızın inkişafının təməlində dayanan əsas səbəblərdən biri də məhz bu birlik və ölkə vətəndaşlarının Prezident İlham Əliyevə göstərdikləri yüksək etimaddır.

Uğurlarımız dostlarımızı sevindirir, düşmənlərimizə isə gözdağı olur. Aydın məsələdir ki, Azərbaycanın yüksəlişi və hər bir nailiyyəti Ermənistanı, Amerika və Avropadakı erməni lobbisini ciddi narahat edir. Bununla yanaşı, gənc müstəqil respublika kimi Azərbaycanın nailiyyətləri, inkişaf etməkdə olan dövlətlərin sırasında öncüllərdən olması, müstəqil siyasət yeridərək böyük nüfuz qazanması demokratik inkişaf yolunda qazandığı uğurlar erməni təəssübünü çəkən Qərb siyasi dairələrində də daim qısqanclıqla qarşılanır. Bunu indiyədək də ölkəmizə qarşı həyata keçirilməsi davam edən təzyiqlər, bəzi siyasi dairələrin qarayaxma kampaniyaları da göstərir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə xarici media orqanlarında sifarişli yazılar dərc edilir, telesüjetlər hazırlanır, müxtəlif siyasi güclərin təsiri altında olan qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq bəyanatlar verir, qərəzli çıxışlar edirlər. Bu kampaniyalar əsasən də Azərbaycanın evsahibliyi etdiyi böyük tədbirlər ərəfəsində və ya ölkəmizin hansısa beynəlxalq uğura imza atdığı vaxt həyata keçirilir.

Ölkəmizə qarşı belə qərəzli kampaniyaların icraçısı rolunda əsasən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər təşkilatlar çıxış edir. Onlar dünyada demokratik dəyərlər uğrunda "çalışdıqlarını” iddia etsələr də, əslində bəzi siyasi dairələrin aləti funksiyasını yerinə yetirirlər. Bu təşkilatlar yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yaymaqla, qərəzli hesabatlar hazırlmaqla, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq yaratmağa çalışırlar. Lakin təcrübə göstərir ki, belə çirkin kampaniyalar həmişə iflasa uğrayıb.

Azərbaycanın isə uğurları ildən-ilə artan xətlə davam edir. Qarşıdan gələn dövrdə Bakıda bir sıra mühüm tədbirlər keçiriləcək, ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək. Bütün bunlardan, o cümlədən yaxın gələcəkdə "Cənub qaz dəhlizi” ilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılacağından, respublikamızla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından narahat olan antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı yeni qarayaxma kampaniyası başladacaqları istisna edilmir. Çünki təcrübə göstərir ki, həmin dairələr zaman-zaman Azərbaycanın uğurlarına ləkə yaxmaq, nüfuzdan salmaq üçün çirkin kampaniyalar təşkil edirlər.

Azərbaycan cəmiyyəti bu cəhdlərin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Lakin təcrübə həm də onu göstərir ki, ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün deyil və ola da bilməz. Azərbaycan öz yolu, aydın mövqeyi, qətiyyətli və müstəqil siyasəti olan dövlətdir. Buna görə antiazərbaycançı dairələr dərk etməlidirlər ki, respublikamıza qarşı həyata keçirdikləri planların heç biri məqsədinə çatmayaraq iflasa uğrayacaq. Çünki Azərbaycan dövlətinin gücü və sarsılmaz xalq-iqtidar birliyinin qarşısında istənilən riyakar plan iflasa məhkumdur.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM